Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri arasında təkbətək görüş başlayıb
18 Noyabr 2026, 10:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
341
07.06.2025, 16:59
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Oxu24.com xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.
Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.
Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.
Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.