Zəngəzur dəhlizi açılarsa nə dəyişəcək? — Ekspertdən mühüm proqnozlar
25 Noyabr 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
315
06.06.2024, 15:47
Türkiyədə çox şadıq ki, dünyanın hər yerindən liderlər bu il Türk dünyasının incisi olan qardaş Azərbaycanda toplaşaraq iqlim dəyişikliyi mövzusunu müzakirə edəcəklər.
Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin “Sıfır tullantı” üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının ikinci iclasının iştirakçıları qarşısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.
Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı tədbir iştirakçılarına məlumat verdiyinə görə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, Azərbaycan qədim mədəniyyətə və ətraf mühitə hörmət prinsiplərinə əsaslanan zəngin ənənələrə malikdir.
“Əminəm ki, COP29-un Bakıda keçiriləcək sessiyası mühüm sammit olacaq və onun nəticələri yaddaşlarda qalacaq”, - deyə Türkiyə liderinin xanımı vurğulayıb.
Əminə Ərdoğan deyib: “Həmçinin vurğulamaq istərdim ki, dostum, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə türk dünyasında ekoloji təşəbbüslərin əhatə dairəsini genişləndirmək üçün birgə səylərə hazırıq”.
O, gündəliyinə “Sıfır tullantı” proqramının icrası ilə bağlı məsələnin daxil ediləcəyi Məşvərət Şurasının növbəti, üçüncü iclasının Bakıda keçirilməsini təklif edib.
Türkiyənin birinci xanımının sözlərinə görə, ekoloji sahədə, o cümlədən “Sıfır tullantı” proqramının həyata keçirilməsində Türkiyənin təcrübəsini öyrənməyə hazır olan dövlətlərin sayı artır və bununla bağlı müvafiq təqdimatlar hazırlanır.
18:28 / 25 Noyabr 2026
1
18:17 / 25 Noyabr 2026
45
18:13 / 25 Noyabr 2026
133
18:11 / 25 Noyabr 2026
73
18:02 / 25 Noyabr 2026
80
18:00 / 25 Noyabr 2026
61
17:49 / 25 Noyabr 2026
138
17:35 / 25 Noyabr 2026
64
17:21 / 25 Noyabr 2026
434
17:13 / 25 Noyabr 2026
99
17:01 / 25 Noyabr 2026
433
16:50 / 25 Noyabr 2026
124
16:38 / 25 Noyabr 2026
102
16:29 / 25 Noyabr 2026
96
16:27 / 25 Noyabr 2026
99
16:15 / 25 Noyabr 2026
284
16:05 / 25 Noyabr 2026
245
15:59 / 25 Noyabr 2026
325
15:41 / 25 Noyabr 2026
797
15:32 / 25 Noyabr 2026
227
15:30 / 25 Noyabr 2026
144
15:26 / 25 Noyabr 2026
130
15:22 / 25 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.