“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto
09 İyul 2025, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)
ŞİKAYƏTLƏR
2074
01.05.2025, 13:35
İş adamı Şərurlu İsfəndiyarın qanunsuz əməllərindən zərər çəkdiyini iddia edən vətəndaş Oxu24.com saytına müraciət edib.
Heybətov Mübariz Elimxan oğlu bildirir ki, pul verib ev alsa da,illərdir mənzil üzünə həsrət qalıb. Həm pulu,həm də canı gedən vətəndaş Şərurlu İsfəndiyardan mənzilini ala bilmir.
Söhbət Xətai rayonu,Telnov küçəsi,2347/48 ünvanında yerləşən 16 mərtəbəli binanın 4-cü blokunda,2-ci mərtəbəsində yerləşən 76 kvadrat mənzildən gedir.
Mübariz Heybətovun sözlərinə görə,sözügedən mənzili rəhbəri Quliyev Azər Cəlil oğlu olan “Azərtikinti-ATF “ MMC -dən alıb.
“2008-ci ildə sözügedən şirkətə ümumilikdə 39 min dollar pul ödəsə də, mənzilini bu günə qədər ala bilmir. Evin pulunu ödəməyə gedərkən,gördüm ki, qapını sındırıblar,evə başqa adamlar girib.Mənə dedilər ki,bu tikinti Şərurlu İsfəndiyara məxsusdur.Onunla görüşdüm və problemimi bildirdim. İsfəndiyar məndən mənzil üçün əlavə pul istədi.Mən ona indiyədək 39 min dollar pul ödədiyimi bildirsəm də,qulaq asmadı.Onunla razılıq əldə edə bilmədiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etdim.Saysız-hesabsız şikayətlərimə baxmayaraq bu günədək cavab verən olmayıb.İndi də əlacsız qalmışam.Həm pulum əlimdən çıxıb,həm də mənzilim”,-deyə şikayətçi bildirib.
Qeyd edək ki,sözügedən binanın da daxil olduğu məhkəmə prosesində 2016-cı ildə keçirilən məhkəmədə Şərurlu İsfəndiyar ifadə vermişdi.
Həmçinin oxuyun
İş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov ibtidai istintaq zamanı ifadəsində göstərib ki, iş adamı Quliyev Azər Cəlil oğlunu təxminən 2007-ci ildən tanıyır, sonuncu ilə ədavəti və düşmənçiliyi olmayıb. Quliyev Azər Cəlil oğlu "Azərtikinti ATF" MMC-nin direktoru olub. 22 may 2007-ci il tarixdə Azər Quliyevlə "Orxan" MMC-nin direktoru Əlizadə Alim Bəhro oğlu arasında birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə çoxmərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, "Azərtikinti ATF" MMC isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.
Müqaviləyə əsasən, "Azərtikinti ATF" MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyev "Orxan" MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb.
İfadədə bildirilir ki, "Orxan" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirildikdən sonra "Azərtikinti ATF" MMC tərəfindən həmin binalarda tikinti işlərinə başlanılıb. Müqaviləyə əsasən, "Azərtikinti ATF" MMC-nin tikilmiş binada mənzil satmaq səlahiyyəti olmayıb. Buna baxmayaraq, "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyev "Orxan" MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini satıb. Azər Quliyev binada tikilməmiş eyni mənzilləri bir neçə nəfərə satıb. Bundan başqa, Azər Quliyev Bakı şəhərində "Babək-94" MTK-da da podratçı kimi bina tikintisi ilə məşğul olub. Həmin MTK-da da eyni qaydada mənzilləri bir neçə nəfərə satıb. Həmin faktlara görə zərərçəkmiş şəxslərin şikayəti əsasında DİN-də araşdırma aparılıb və cinayət işi başlanıb. Həmin cinayət işinin istintaq zamanı Azər Quliyevin "Orxan" MMC-nin Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən tikintisi başa çatmamış binalarda yerləşən, tikilməmiş mənzilləri ayrı-ayrı şəxslərə satması faktları aşkara çıxıb. Bundan sonra həmin faktlara görə də istintaq orqanı tərəfindən araşdırmalar aparılıb. Təxminən 2008-ci ilin əvvəllərində "Orxan" MMC təsisçisi olduğu "Şaiq" MTK-ya qoşulub. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsait sonuncunun əvəzindən zərərçəkmiş şəxslərə ödənilib. Hətta tərəfindən ödənilmiş vəsait Azər Quliyevin binanın tikintisinə sərf etdiyi vəsaitdən təxminən 800.000 manat artıq olub.
Bundan sonra binanın tikintisinə dair Azər Quliyevlə bağlanmış müqavilə ləğv edilib və Azər Quliyev tikintidən uzaqlaşdırılıb. "Şaiq" MTK tərəfindən həmin binalarda tikinti işləri davam etdirilərək tikinti başa çatdırılıb, Azər Quliyevin isə barəsində istintaq olunan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib. Azər Quliyev barəsində cinayət işi üzrə istintaq başa çatdırıldıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Azər Quliyev törətmiş olduğu əməllərə görə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. "Orxan" MTK deyil, MMC olub. Həmin cəmiyyətin Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmayıb. MMC Naxçıvan MR-da yaradılmaqla orada Ədliyyə Nazirliyində 21.11.2003-cü ildə qeydiyyatdan keçib. Cəmiyyətin təsisçisi Şərur rayonu Düdəngə kənd sakini İbrahimov Asəf Səfəralı oğlu olub. Cəmiyyətin başqa təsisçisi olmayıb, icraçı direktor isə Əlizadə Alim Bəhro oğlu təyin edilib.
İ.Axundov bildirib ki, "Şaiq" MTK və "Orxan" MMC-nin MTN ilə heç bir əlaqəsi olmayıb. Həmin bina MTN-nin sifarişi ilə tikilməyib. Həmin binanın sifarişçisi "Orxan" MMC, podratçısı isə "Azərtikinti ATF" MMC olub. Azər Quliyev həmin tikintidə təxminən 1.300.000 manatlıq iş görüb. Həmin tikintinin Quliyev Azər Cəlil oğluna verəcəyi hansısa bir borcu yoxdur. Əksinə o, əlavə 800.000 manatlıq mənzili zərərçəkmiş şəxslərə verib.
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
149
23:49 / 12 İyul 2025
Çimərliyə gedən yolda "Range Rover" aşdı - 2 yaralı var - FOTO
136
23:14 / 12 İyul 2025
Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
86
22:19 / 12 İyul 2025
14 yaşlı oğlan su arxında boğulub öldü
82
22:15 / 12 İyul 2025
Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı
578
21:06 / 12 İyul 2025
Dizel və benzinlə bağlı yenlik
94
20:49 / 12 İyul 2025
Məktəblilərə dron uçurmağı öyrədəcəklər
173
20:36 / 12 İyul 2025
Azərbaycanda ən çox bu rayonda ailə qurublar
152
20:22 / 12 İyul 2025
Tehranda güclü partlayış - FOTO
184
19:46 / 12 İyul 2025
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
105
19:25 / 12 İyul 2025
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
181
18:20 / 12 İyul 2025
Xanımı Ərdoğanı qucaqlayıb ağladı - Video
256
17:52 / 12 İyul 2025
Prezident Əl Şaraa ilə görüşdü - Fotolar+Yenilənib
214
16:58 / 12 İyul 2025
Məşhur aktyorun malikanəsində yanğın olub.
128
16:38 / 12 İyul 2025
Dönərçi bıçaqlandı
285
16:33 / 12 İyul 2025
Azərbaycanda ailə FACİƏSİ: ölən var
155
15:30 / 12 İyul 2025
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
476
14:40 / 12 İyul 2025
Netanyahu Trampa xəbərdarlıq etdi: İsrail hazırdır
173
14:26 / 12 İyul 2025
Kanalizasiya xəttinə düşüb faciəvi şəkildə ölən Cümşüdün məzarından VİDEO
711
14:21 / 12 İyul 2025
Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
584
14:10 / 12 İyul 2025
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
226
12:59 / 12 İyul 2025
50 nəfər saxlanılıb
709
12:53 / 12 İyul 2025
Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək
173
12:37 / 12 İyul 2025
Mətbuat Şurası bəyanat yaydı
174
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.