Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib
06 Noyabr 2026, 13:57
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
117
06.11.2026, 11:37
Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu24.com-un məlumatına görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xidmətin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, bu gün azad edilmiş torpaqlar doğma insanların nəfəsi ilə isinməkdədir. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərdə həyat yenidən canlanır, genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın Qələbədən tərəqqiyə doğru inamlı addımlarını nümayiş etdirir.
Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.


16:36 / 06 Noyabr 2026
1
16:22 / 06 Noyabr 2026
37
16:17 / 06 Noyabr 2026
58
16:02 / 06 Noyabr 2026
76
15:54 / 06 Noyabr 2026
89
15:50 / 06 Noyabr 2026
105
15:43 / 06 Noyabr 2026
105
15:32 / 06 Noyabr 2026
87
15:21 / 06 Noyabr 2026
92
15:14 / 06 Noyabr 2026
89
15:13 / 06 Noyabr 2026
89
15:05 / 06 Noyabr 2026
93
15:00 / 06 Noyabr 2026
594
14:58 / 06 Noyabr 2026
138
14:50 / 06 Noyabr 2026
92
14:43 / 06 Noyabr 2026
84
14:37 / 06 Noyabr 2026
110
14:30 / 06 Noyabr 2026
107
14:23 / 06 Noyabr 2026
107
14:13 / 06 Noyabr 2026
99
14:08 / 06 Noyabr 2026
112
13:57 / 06 Noyabr 2026
101
13:53 / 06 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.