Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
955
21.02.2020, 12:58
Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlılarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə xəbərlər yayılıb.
DTX-nin açıqladığı ilkin rəsmi məlumata görə, Neftçalanın İcra Hakimiyyətinin vəzifəli şəxsləri qulluq mənafelərindən qəsdən istifadə ediblər.
Məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
Bu arada, mətbuatda yazılanlara görə, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılanlar arasındadır.
Məlumatı xəstəxanadan da təsdiqləyiblər.
Oxu24.com Oxu.Az-a istinadla xəbər verir ki, bundan əvvəl Telman Zahidov xəstəxanada “rüşvət əməliyyatlarına rəhbərlik etməsi” xəbərləri ilə gündəmə gəlib.
Mətbuat səhifələrində Telman Zahidovun İsmayıl Vəliyevlə birlikdə fəaliyyət göstərərək xəstəxana işçilərinə və xəstələrə “tas” qoyması barədə iddialar səsləndirilib.
Telman Zahidovun İsmayıl Vəliyevin komandasının əsas fiqurlarından biri olduğu yazılırdı.
Həmçinin oxuyun
İddialarda göstərilirdi ki, Neftçala xəstəxanasında qeyri-adi səbəblər göstərilməklə xəstələrdən rüşvət istənilir.
Bildirilirdi ki, xəstəxanada xadimə, tibb bacısı kimi işə düzəlmək üçün xeyli miqdarda rüşvət tələb olunur.
Mətbuatda yazılanlara görə, rayonda hamı mərkəzi xəstəxananı “Telman doktorun özəl xəstəxanası” adlandırır.
Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad olunub.
15:08 / 13 Dekabr 2025
520
14:50 / 13 Dekabr 2025
36
14:38 / 13 Dekabr 2025
52
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
48
14:12 / 13 Dekabr 2025
159
13:14 / 13 Dekabr 2025
536
13:07 / 13 Dekabr 2025
302
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
957
12:08 / 13 Dekabr 2025
110
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
90
11:09 / 13 Dekabr 2025
908
11:07 / 13 Dekabr 2025
401
10:25 / 13 Dekabr 2025
1109
09:15 / 13 Dekabr 2025
874
09:06 / 13 Dekabr 2025
713
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1116
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
691
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.