Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
18 May 2026, 12:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
635
12.12.2025, 17:29
Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu barədə Oxu24.com-a Vəkillər Kollegiyasından (VK) məlumat verilib.
Bildirilib ki, VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.
VK-nın nümayəndə heyətinin tərkibində Kollegiyanın sədr müavini Şahmar Məmmədov və VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə təmsil olunur.
Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib.
Görüş zamanı Azərbaycan və Rumıniya arasında mövcud olan səmimi və dostluq münasibətləri xüsusi vurğulanıb, ikitərəfli əlaqələrin hüquqi sahədə daha da genişləndirilməsi istiqamətində görülən işlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rumıniyanın Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkəsinin ədliyyə sistemində həyata keçirilən islahatlar, praktiki tətbiqlər barədə ətraflı məlumat verib, həmçinin Rumıniya Vəkillər Kollegiyasının fəaliyyəti və birgə əməkdaşlıq sahəsində görülən işlər haqqında danışıb.
Kollegiyanın sədri Anar Bağırov qarşı tərəfə göstərilən səmimi qəbula və dəvətə görə təşəkkür edərək Rumıniyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Sədr iki ölkə arasında siyasi və iqtisadi sahələrdə inkişaf edən münasibətlərin hüquqi əməkdaşlıq üçün də möhkəm zəmin yaratdığını qeyd edib. Həmçinin sədr VK-nın son illərdə gördüyü işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və ötən dövrlər vəkillərin sayının 3 dəfədən çox artdığını nəzərə çatdırıb.
Həmçinin səfər çərçivəsində nümayəndə heyətinin Rumıniyada bir sıra qurumların və Rumıniya Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşlərinin keçirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
12:59 / 18 May 2026
36
12:59 / 18 May 2026
32
12:46 / 18 May 2026
35
12:39 / 18 May 2026
29
12:34 / 18 May 2026
63
12:26 / 18 May 2026
56
12:21 / 18 May 2026
57
12:04 / 18 May 2026
68
11:55 / 18 May 2026
71
11:51 / 18 May 2026
71
11:48 / 18 May 2026
62
11:48 / 18 May 2026
74
11:45 / 18 May 2026
69
11:37 / 18 May 2026
61
11:32 / 18 May 2026
74
11:24 / 18 May 2026
54
11:22 / 18 May 2026
75
11:20 / 18 May 2026
67
11:07 / 18 May 2026
63
11:05 / 18 May 2026
74
11:02 / 18 May 2026
89
10:58 / 18 May 2026
81
10:53 / 18 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.