Bakıxanov qəsəbəsində sexdə yanğın olub
18 May 2026, 12:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2390
12.12.2025, 17:11
Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.
Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb.
O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir:
“Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər”.
V.Bayramov onu xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir: “Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir”.
12:59 / 18 May 2026
36
12:59 / 18 May 2026
32
12:46 / 18 May 2026
35
12:39 / 18 May 2026
29
12:34 / 18 May 2026
63
12:26 / 18 May 2026
56
12:21 / 18 May 2026
57
12:04 / 18 May 2026
68
11:55 / 18 May 2026
71
11:51 / 18 May 2026
71
11:48 / 18 May 2026
62
11:48 / 18 May 2026
74
11:45 / 18 May 2026
69
11:37 / 18 May 2026
61
11:32 / 18 May 2026
74
11:24 / 18 May 2026
54
11:22 / 18 May 2026
75
11:20 / 18 May 2026
67
11:07 / 18 May 2026
63
11:05 / 18 May 2026
74
11:02 / 18 May 2026
89
10:58 / 18 May 2026
81
10:53 / 18 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.