Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
930
16.01.2020, 12:06
Azərbaycanda sənədsiz evlərə çıxarış verilməsi məsələsi haqda illərdir danışılır. Bu problem son illərdə daha çox problemlər yaratmağa başlayıb. Bir neçə amil evlərin sənədləşdirilməsini zəruri edir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi Nazirlər Kabinetinin “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər Tədbirlər Planı”nda əks olunsa da, hələ ki ciddi irəliləyişlərin əldə olunduğunu söyləmək mümkün deyil.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti 2019-2021-ci illərdə yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanması üçün Əmlak Komitəsinə sənədsiz evlərin sənədləşmə prosesini tamamlamağı tapşırıb. Həmçinin Fövqəladə Hallar Nazirliyinə də tikintinin standartlara uyğun aparılmasının təmin edilməsi tapşırılıb.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bir çox Mənzil Tikinti Kooperativlərə (MTK) dövlət tərəfindən prezidentin sərəncamını yerinə yetirmək üçün tikdikləri binalardakı mənzilləri sənədləşdirmək tapşırılıb. Buna uyğun olaraq ötən ilin son aylarından etibarən MTK-lar bu işə cəlb olunub. Artıq xeyli sayda binadakı mənzillər sənədləşdirilib. Belə mənzillərin əksəriyyəti Bakının mərkəzində yerləşir.
Əsas məsələ isə Bakı və Bakıətrafı qəsəbələrdə, Abşeron rayonundakı 100 minlərlə sənədsiz həyət evləri ilə bağlıdır.
Əmlak Ekspert Mərkəzinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Ramil Osmanlı problemlə bağlı ümidli danışdı:
“Bu istiqamətdə konsepsiya hazırlanıb və hökumətə təqdim olunub. Müzakirələr də gedib və artıq ortalıqda ilkin qərar da var. Düşünürəm ki, ilin ilk yarısında məsələ ilə bağlı rəsmi qərar olacaq. Bilirsiniz ki, bu məsələdə şaxələnmiş formada problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün ciddi işlər görülür. Cənab prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarı elan olunmalıdır. Yəqin ki, belə bir qərar ilin birinci yarısında olacaq. Belə başa düşürəm ki, ilin sonuna qədər problemlər öz həllini tapmalıdır”.
Həmçinin oxuyun
R.Osmanlı sənədsiz evlərin nə qədər olmasına da toxundu:
“Bununla bağlı konkret monitorinq aparılmayıb. Amma ilkin hesablamalara görə, Bakı və Abşeron ərazisində təqribən 500-600 min arası sənədi olmayan evlər var. Digər regionları da götürsək, mənə elə gəlir ki, bu rəqəm 150-200 min artar”.
Ekspert kompensasiya məsələsindən söz açdı:
“Burada məsələ belədir ki, mühafizə zolağına düşən aktiv mədən ərazisindəki evlər istisna olmaqla, digər obyektlər sənədləşdiriləcək. Mühafizə zolağına düşənlərə kompensasiya ödənilməklə onların başqa ərazilərə köçürülmə prosesi aparılacaq. Burada məsələlərə müxtəlif cür yanaşmalar ola bilər. İlkin rəy bundan ibarətdir ki, harada magistral xəttin dəyişdirilməsi, köçürülmə daha ucuz başa gəlirsə, orada magistral xəttin istiqaməti dəyişdirilə bilər. İstənilən halda sakinlərə kompensasiya ödəniləcək”.
Müsahibimiz bəzi evlərə qanunsuz sənədlərin verildiyi barədə sualımıza belə cavab verdi:
“Bu artıq başqa söhbətin mövzusudur. Burada yerli icra hakimiyyəti orqanlarının, yaxud bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı məsələlərə hüquqi qiymətin verilməsi də müzakirə oluna bilər. Xeyli sayda bu cür hallar var ki, bələdiyyələr öz torpaqlarını qanunun tələblərinə uyğun olmayan formada satıblar”.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.