Gürcü əsilli azərbaycanlı Əməkdar artistin HƏYATI
21 Mart 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
253
21.03.2026, 21:14
Əməkdar artist Aybəniz Haşımova bloger qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.
Oxu24.com Axşam.az-a istinadən xəbər verir ki, müğənni övladının ad günü olduğunu bildirərək, ürək sözlərini bölüşüb. O, Aynişanın arxiv fotolarını yayımlayaraq bunları yazıb:
"O gün çox qəribə bir gün idi: sanki Allahla üz-üzə qaldığım, həyatımın ən böyük imtahanını verdiyim gün idi. Həmin gün "ana" adını qazanacaqdım. Bəzi hisslər var ki, sözlə ifadə olunmur, yaşanır. O gün də elə möcüzəvi günlərdən biri idi, hamı məni gözləyirdi, mən isə onu. O an yalnız Allahla danışırdım. Tək bir arzum var idi - balamın sağ-salamat dünyaya gəlməsi. Bəlkə də o gün əllərim göyə min qat uzanmışdı.Onun dünyaya salamat gəlməsi üçün çox əziyyət çəkmişdim. Göydə Allah, yerdə həkimlər qoruyurdu.
Və gecə saat 01:30-da, 20-dən 21-ə keçən gecə bir səs gəldi... O səs balamın səsi idi. Sanki o düşünürdü ki, anası fəryad edir. O an başa düşdüm ana fəryad edəndə balanın canı necə yanırmış. Başqa bir dünyaya düşdüm. O dünyada yalnız mən və balam var idi. O dünyada çox xoşbəxt idim.
Mən onu dünyaya gətirdim, amma onu qorumağı Allahdan istədim. İndi də istəyirəm. Allah heç kimin balasını peşman etməsin. Və heç kimə imkan verməsin ki, kimsə kiminsə övladını incitsin. Səni bu dünyada ən çox xoşbəxt görmək istəyən insan kimi deyirəm: Aynişanım. Bilirəm sənin ürəyində heç vaxt pis niyyət olmaz. Sən bu dünyanı sevən, insanları sevən bir qəlbə sahibsən. Qoy Allah da səni qorusun. Səni arzularına çatdırsın. Sən dünyanın ən gözəl övladlarından birisən, daim var ol! Səni bu həyatda hamıdan çox sevən anan".
Həmçinin oxuyun
00:39 / 22 Mart 2026
1
00:15 / 22 Mart 2026
269
00:11 / 22 Mart 2026
44
23:58 / 21 Mart 2026
166
23:49 / 21 Mart 2026
50
23:48 / 21 Mart 2026
492
23:35 / 21 Mart 2026
232
23:29 / 21 Mart 2026
59
23:17 / 21 Mart 2026
800
23:11 / 21 Mart 2026
50
23:09 / 21 Mart 2026
59
22:56 / 21 Mart 2026
348
22:42 / 21 Mart 2026
481
22:40 / 21 Mart 2026
74
22:27 / 21 Mart 2026
328
22:22 / 21 Mart 2026
265
22:21 / 21 Mart 2026
99
22:15 / 21 Mart 2026
119
22:11 / 21 Mart 2026
56
22:05 / 21 Mart 2026
107
21:59 / 21 Mart 2026
233
21:57 / 21 Mart 2026
80
21:51 / 21 Mart 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.