Doğmalarının məzarını ziyarətə gələnlər gördüklərindən ŞOK OLDULAR - VİDEO
15 Noyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
410
06.10.2026, 11:45
İtə görə məhkəməyə qədər getdilər.
Xəbər verdiyimiz kimi,Bakıda itə qarşı zorakılıq edən şəxs həbs olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Ağakişiyev 25 sutka inzibati qaydada həbs olunub.
Xatırladaq ki, Bakıda itə qarşı zorakılıq olunduğunu əks etdirən görüntülər yayılıb.
Görüntülərdə çoxmərtəbəli binanın pəncərəsindən itin aşağı atıldığı öz əksini tapıb.
Bu barədə Oxu24.com-a heyvanların hüquqlarını müdafiə edən bir qrup şəxs məlumat verib.
Onlar saytımıza itə qarşı zorakılıq edən şəxsin məhkəməsində iştirak etmələri barədə görüntüləri də təqdim ediblər.Heyvanların hüquqlarını müdafiə edən bir qrup vətəndaş bəyab edib ki,bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər. "Əgər,heyvanlara qarşı bu tip zorakılıq halları davam edərsə,həmin şəxslər qarşısında bizləri görəcəklər",-deyə vətəndaşlar bildirib.
Qeyd edək ki,Azərbaycanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz rəftara görə cəzalar nəzərdə tutulub.
Onlar aşağıdakılardır:
Ağrı, əzab, işgəncə verilməsi, döyülməsi və ya döyüşdürülməsi: 500 manatdan 800 manatadək cərimə.
Bu əməllərin nümayişkaranə şəkildə və ya mediada nümayiş etdirilməklə törədilməsi: 800 manatdan 1000 manatadək cərimə.
Rəhmsiz rəftar nəticəsində heyvanın şikəst edilməsi: 1000 manatdan 1500 manatadək cərimə.
Rəhmsiz rəftar nəticəsində heyvanın tələf olması: 1500 manatdan 2000 manatadək cərimə və ya işin hallarından asılı olaraq 1 ayadək inzibati həbs.
Hazırladı: Nigar
23:10 / 18 Noyabr 2026
29
22:45 / 18 Noyabr 2026
55
22:40 / 18 Noyabr 2026
58
22:25 / 18 Noyabr 2026
64
22:25 / 18 Noyabr 2026
68
22:15 / 18 Noyabr 2026
63
22:11 / 18 Noyabr 2026
73
21:55 / 18 Noyabr 2026
71
21:53 / 18 Noyabr 2026
192
21:40 / 18 Noyabr 2026
99
21:26 / 18 Noyabr 2026
96
21:20 / 18 Noyabr 2026
100
21:09 / 18 Noyabr 2026
103
21:03 / 18 Noyabr 2026
336
20:53 / 18 Noyabr 2026
130
20:50 / 18 Noyabr 2026
107
20:45 / 18 Noyabr 2026
285
20:42 / 18 Noyabr 2026
146
20:40 / 18 Noyabr 2026
119
20:34 / 18 Noyabr 2026
125
20:28 / 18 Noyabr 2026
116
20:19 / 18 Noyabr 2026
708
20:05 / 18 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.