Cərimələrə görə bal ləğv edilir? — SÜRÜCÜLƏRƏ XƏBƏR VAR
26 May 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
831
29.09.2025, 11:10
Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.
Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.
Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını dedi: “Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb”.
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. (Qafqazinfo)
02:51 / 27 May 2026
78
00:25 / 27 May 2026
116
00:19 / 27 May 2026
288
00:19 / 27 May 2026
129
00:17 / 27 May 2026
99
00:08 / 27 May 2026
236
00:01 / 27 May 2026
418
23:59 / 26 May 2026
213
23:56 / 26 May 2026
89
23:55 / 26 May 2026
86
23:48 / 26 May 2026
679
23:47 / 26 May 2026
89
23:40 / 26 May 2026
92
23:29 / 26 May 2026
230
23:27 / 26 May 2026
235
23:22 / 26 May 2026
205
23:18 / 26 May 2026
230
23:15 / 26 May 2026
98
23:13 / 26 May 2026
177
23:02 / 26 May 2026
209
22:58 / 26 May 2026
480
22:49 / 26 May 2026
93
22:45 / 26 May 2026
1229
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.