Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
695
09.03.2026, 13:40
İran bildirib ki, bölgədə amerikalı və sionist qüvvələrlə döyüşlərdə iştirak etsə də, dost və müsəlman ölkələrin təhlükəsizliyinə zərər verməməyə çalışır. Tehran Azərbaycana müraciət edərək regionda gərginliyin artmaması üçün “sionist qüvvələrin” ölkədən çıxarılmasını istəyir və bunun həm Azərbaycan, həm də İranın təhlükəsizliyi üçün vacib olduğunu qeyd edir.
Məsələ ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev Oxu24.com-a açıqlamasında bildirib ki, İrana məxsus dronların Naxçıvan ərazisində - Naxçıvan hava limanına zərbə endirməsi iki dövlət arasında münasibətə xələl gətirib:
“Təbiidir ki, İran prezidentinin qonşu dövlətlərdən üzr istəməsi təqdirəlayiqdir. İran prezidenti iki dövlət arasında münasibətlərin gərginləşməməsi üçün belə bir bəyanat verdi. Amma digər fikirlər var ki, məsələn, İranın daxilində olan digər qüvvələr var, Azərbaycanın İsraillə siyasi əməkdaşlığına qısqanclıqla yanaşırlar.
Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana həm siyasi, həm də mənəvi dəstək olmuşdu. Azərbaycanla İsrail arasında bir dostluq-əməkdaşlıq sahəsində bir siyasət həyata keçirilir. Ümumilikdə, Azərbaycan balanslaşdırıcı siyasət yürüdür. Azərbaycan çalışır ki, düşməni az olsun, dostları çox olsun. Bu baxımdan, Azərbaycan-İsrail münasibətlərinə İran tərəfindən bir qısqanclıqla yanaşılır.
Azərbaycanda İsrailin heç bir hərbi bazası yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən üçüncü dövlətə icazə verilməyəcək - qonşular əleyhinə, İran əleyhinə fəaliyyət göstərilməsinə.
Açıq şəkildə Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipini əməl edir və bunu da beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır”.
Politoloqun sözlərinə görə İranda bəzi avantürist dairələr Azərbaycanın İsraillə əməkdaşlığına qısqanclıqla yanaşır:
“İran dövləti hesab edir ki, Azərbaycan İranın maraqlarına uyğun siyasət həyata keçirməlidir. Bu isə yanlış fikirdir. Ona görə ki, Azərbaycan öz dövlət və milli maraqlarını nəzərə alaraq öz xarici siyasətini həyata keçirir. Azərbaycan-İsrail əməkdaşlığı İran əleyhinə hesablanmayıb. Azərbaycan-İsrail əməkdaşlığı iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasına, əməkdaşlığın inkişafına hesablanıb və Azərbaycanın müstəqilliyinin qorunmasında İsrailin dəstəyini biz həmişə görmüşük.
Və Azərbaycan da bu nöqteyi-nəzərdən İsrail ilə əməkdaşlıq edir. Bir də unutmayaq ki, İsrailin beynəlxalq aləmdə Azərbaycana qarşı erməni diasporu, ümumdünya erməni lobbisi kampaniya aparır və erməni lobbisinə qarşı da Azərbaycan öz dostları ilə, dəstək almaqla erməni lobbisinə qarşı çıxış edir.
Ümumilikdə, Azərbaycan xarici siyasətində qonşu dövlətlərin əleyhinə fəaliyyət göstərmir. İsraillə Azərbaycan arasında əməkdaşlıq üçüncü dövlətin əleyhinə deyil. Bu, iki dövlət arasında dövlət və milli maraqlara uyğun olaraq balanslaşdırılmış bir siyasətdir.
İran dövləti qonşularda düşmən axtarırsa, birinci Ermənistanı gözünün qabağına gətirsin. Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyində 3000-ə yaxın diplomatik korpus fəaliyyət göstərir. Bunun da 50%-i Mərkəzi Kəşfiyyat İdarəsinin kadrlarıdır. Ermənistanda Mərkəzi Kəşfiyyat İdarəsinin bir rezidentura şəbəkəsi var. Bu rezidentura şəbəkəsi müntəzəm şəkildə İran daxilində kəşfiyyat-pozuculuq işləri aparır.
Eyni zamanda, Nikol Paşinyanın apardığı siyasət nəticəsində Zəngəzur dəhlizi Amerika Birləşmiş Ştatlarının himayəsinə verilib. Artıq İran dövləti Ermənistanda gedən proseslərə göz yumur, Azərbaycanın siyasətinə isə qısqanclıqla yanaşır. Bu yanaşma, bu ikili yanaşma onu göstərir ki, İranda fəaliyyət göstərən avantürist dairələr iki dövlət arasında münasibətlərin korlanması üçün fəaliyyət göstərir. Unutmayaq ki, İran-Azərbaycan münasibətlərinin korlanması üçüncü tərəfin - Amerika Birləşmiş Ştatlarının xeyrinədir.
Və İran daxilində bəzi avantürist siyasətçilər bu cür məsuliyyətsiz bəyanatlar verməklə İran-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər. Ümumilikdə təkrar etmək istəyirəm: Azərbaycan xarici siyasətində qonşularla dinc yanaşı yaşama prinsipinə əməl olunur və bu da beynəlxalq hüquq müstəvisində tənzimlənir. Eyni zamanda, Azərbaycan xarici dövlətlərlə əməkdaşlığı öz dövlət və milli marağına uyğun tənzimləyir. Üçüncü dövlətin - nə İranın, nə də Rusiya əleyhinə hesablanmayıb. Bu baxımdan Azərbaycana qarşı səsləndirilən fikirlər hesab edirəm ki, ədalətsizdir və bu cür qərəzli davranışlar qonşuluq münasibətinə uyğun deyil”,-deyə politoloq qeyd edib.
Çimnaz Telmanqızı
15:22 / 11 May 2026
10
15:20 / 11 May 2026
11
14:59 / 11 May 2026
37
14:52 / 11 May 2026
49
14:47 / 11 May 2026
183
14:45 / 11 May 2026
75
14:43 / 11 May 2026
48
14:23 / 11 May 2026
867
14:11 / 11 May 2026
174
14:08 / 11 May 2026
74
13:42 / 11 May 2026
70
13:30 / 11 May 2026
93
13:25 / 11 May 2026
183
13:14 / 11 May 2026
60
12:50 / 11 May 2026
536
12:46 / 11 May 2026
63
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10846
12:07 / 11 May 2026
82
12:01 / 11 May 2026
137
11:53 / 11 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.