"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
897
05.03.2026, 15:53
Ramazan ayı müsəlmanlar üçün il boyu gözlənilən, ruhani bir məktəbdir. O, 30 gün davam edir və bu müddət ərzində insan həm fiziki, həm də mənəvi baxımdan tərbiyə olunur.
İlahiyyatçı Ağa Hacıbəyli Oxu24.com – a açıqlamasında Ramazan ayının mahiyyəti, onun bir məktəb kimi insan ruhunu qidalandırması və bu 30 günlük prosesin insanın fiziki və mənəvi aləminə təsiri haqqında danışdı.
“Ümumiyyətlə, ola bilsin kimsə şikayət etsin, kim oruca görə şükür etsin, kimi təqdir eləsin, kimdə ola bilsin ki, hələ təfrik dərəcəsində qalsın. Ramazan ayı bir məktəbdir, 30 gündən ibarətdir. Əsas hədəf və qayəsi insanın ruhunu qidalandırmaqdır. Ramazan boyunca hər gün insan varlığında fiziki ərimə, zəifləmə, ruhani dünyasında isə tərəqqi, möhkəmlənmə gedir. Bu prosedur tam 30 gün həyata keçiriləcək, 30 gün müddət ərzində insanın dili, zikr, qəlbi, şükür və varlıq aləmi ruhu da sevgi ilə dolmağa namizəd olacaq. Gerçəkdən, əgər insan Ramazan ayının həqiqətlərini, Ramazan ayının yükünü gözəl şəkildə anlayıb daşımaq istəsə, Ramazan şəhadətnaməsində ayənin söylədiyi kimi: “gerçəkdən təqva əlindən olarsınız, deyir. Və insan o təqvaya çatmış olar.
Bu 30 günün içərisində. 30 gün insan bir niyyəti, eyni məfkurəni, eyni əməlləri yerinə yetirirsə, o artıq bir mələkə halına gəlir. Bu onda gözəl bir hala çevrilir. Bu zaman təzadlar yox, onsuz da insan vücudunda təzad var. İnsan fiziki olaraq torpaqdan, mənəvi olaraq da ruhdan ibarətdir. Zatən insan dünyasında bir təzad var. Amma oruc bu təzadı dərinləşdirmək yox, əslində bu təzadın arasında bir körpü qurmaq üçün gəlib. Yəni bu baxımdan biz nə qədər çox Allahın əmrlərinə, Onun verdiyi fərmanlara itaət eləyiriksə, o qədər bizim insani tərəf, insanlıq tərəfimiz qabarır. Nə qədər çox biz gücümüzü, nəfsimizə, bədənimizə, cismimizə yönəldiriksə, o qədər də bizim ruhu dünyamızda bir çöküş yaranır. Mənəvi aləmimizdə bir sükunət formalaşır. Odur ki, lazım olan qədərindən artığını belə bu oruca, bu orucun arxasındakı sirlərə yönəltmək lazımdır ki, işin sonunda Allah bizə o rəyyan qapısını açsın. Cənnətdə rəyyan qapısı deyir. Və gerçək oruc tutanlar o qapıdan inşallah cənnətdə içəri girərlər”,-deyə o bildirib.
Hazırladı: Ülkər Rəhmanqızı
16:00 / 13 Noyabr 2026
1
15:42 / 13 Noyabr 2026
151
15:37 / 13 Noyabr 2026
56
15:30 / 13 Noyabr 2026
58
15:01 / 13 Noyabr 2026
72
14:59 / 13 Noyabr 2026
177
14:50 / 13 Noyabr 2026
86
14:46 / 13 Noyabr 2026
82
14:33 / 13 Noyabr 2026
90
14:24 / 13 Noyabr 2026
461
14:17 / 13 Noyabr 2026
397
14:12 / 13 Noyabr 2026
90
14:05 / 13 Noyabr 2026
166
14:00 / 13 Noyabr 2026
93
13:43 / 13 Noyabr 2026
187
13:41 / 13 Noyabr 2026
92
13:20 / 13 Noyabr 2026
90
13:05 / 13 Noyabr 2026
204
12:57 / 13 Noyabr 2026
152
12:45 / 13 Noyabr 2026
140
12:32 / 13 Noyabr 2026
172
12:20 / 13 Noyabr 2026
116
12:17 / 13 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.