Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1302
09.02.2026, 15:20
Psixoloq: “Son 6-7 ildə cəmiyyət çox çətin dönəmlərdən keçdi və dözümsüzləşdi”
Hazırda cəmiyyətdə baş verən bəzi neqativ hallar, gərginlik üzərində qurulmuş münasibətlər bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.
Əvvəlki illərlə nisbətdə, son 6-7 ildə insanların aqressiv hərəkətlərinin, heç bir səbəb olmadan qəzəbli baxışlarının, danışarkən üz mimikasınin dəyişməsinin və ətrafa nifrət qaçmasının sayı artıb . Bunun kökündə nə durur?
Oxu24.com-un suallarını psixoloq Pərvanə Faiq qızı cavablandırıb.
Psixoloq qeyd edir ki, artıq aqressiya həyatımıza elə daxil olub ki, biz onun təsirlərindən qorunmağa da səy göstərmirik.
"Artıq çoxu, üzərinə qışqıra-qışqıra gələn şəxsi susmaqla, problemi sakit şəkildə, danışaraq çözülməsinə çalışmır. Əksinə eyni templə qəzəbli, əsəbi şəxsin üzərinə yeriyir. Bu da sonda çox zaman bədbəxt hadisələrə,faciələrə gətirib çıxarır.
Məktəblərdə müəllim- şagird, marşurutda sürücü- sərnişin, xəstəxanada pasiyent-həkim və s. zümrələrin münasibətlərindəki gərginlik hətta, mətbuatda da tez-tez öz əksini tapır. Ailələrdə şiddətin artması, iş yerlərində kobud münasibətlər ucbatından baş verən problemlər hər birimizin psixikasına təsirsiz ötüşmür. Son 6-7 ildə əvvəlki illərlə nisbətdə bu gərginlik pik həddə çatıb. Həmişə xəbərlərdən oxumuşduq ki, uşaq yaxud məktəbli ancaq xarici ölkələrdə müəllimini güllələyə bilər. Ancaq xarici xəbərlərdə deyilirdi ki, ailə üzvü öz doğmalarını xüsusi amansızlıqla öldürüb:Atasını, anasını, bacı, qardaşını ... Amma artıq bu tip olaylar Azərbaycana da ayaq açıb".
Həmçinin oxuyun
Psixoloq onu da qeyd edib ki, cəmiyyətdəki, qanlı , eyni zamanda gözlənilməz faciələrin baş vermə səbəbləri bir deyil, bir neçə aspektdən izah edilir.
"Xatırlayırsınızsa, pandemiya dövrü Azərbaycan cəmiyyəti üçün heç vaxt görmədiyi bir dönəm oldu. İnsanlar heç vaxt qarşılaşmadığı bir problemlə qarşılaşdı. Həm insanlar sürətlə , kütləvi şəkildə ölürdü, həm də insanların doğal haqqı olan azadlığı pandemiya çərçivəsində əlindən alınırdı. Evdən çıxma yasağı insanları ən çox aqressivləşdirən, onu özündən çıxardan səbəblərdən biri oldu. Pandemiyanın nəinki, Azərbaycanda, eləcə də dünyada yaratdığı psixoloji travmasının miqyasının nə qədər böyük olduğunu izah etməyə ehtiyac yoxdu. Hamımız buna şahid olduq.
Əsəblərimiz, psixologiyamız sakitləşməmiş ölkədə erməni işğalçılarına qarşı müharibə başladı. Təbii ki, elə müharibə sözünün ağırlığını anlamaq, müharibənin necə dəhşətli olmasını ortaya qoyur. Çox ağır bir proses idi və bu da 30 ildən sonra (bəzi istisnalarla) ilk böyük müharibə idi. Pandemiya stressindən sonra sağalmamış əhali müharibəyə kökləndi.
Üçüncüsü isə sosial rifahdır ki, işsizlik və yaxud iş saatının çox olub maaşın az olması... bununla bağlı diğər problemlər yaşayan əhali , üstəlik, iqtisadi çətinliklərlə də üz-üzə qaldı. Qiymət artımı, məhsul qıtlığı. Bu faktorlar son 6-7 ildə- çox qısa müddətdə ölkəmizdə yaşandı. Bəli, 2020-ci ildə bir il təxminən boyunca həm müharibəni, həm pandemiyanı yaşadıq, ardınca gələn sosial - iqtisadi vəziyyətin pisləşməsi eyni zamanda psixoloji cəhətdən insanların zərbələr alması onları dözümsüzləşdirdi” -deyə psixoloq vurğulayıb.
Əntiqə Rəşid
18:47 / 05 May 2026
16
18:36 / 05 May 2026
25
18:12 / 05 May 2026
47
18:05 / 05 May 2026
63
17:17 / 05 May 2026
102
17:05 / 05 May 2026
55
16:58 / 05 May 2026
94
16:52 / 05 May 2026
57
16:50 / 05 May 2026
67
16:37 / 05 May 2026
70
16:36 / 05 May 2026
1272
16:30 / 05 May 2026
727
16:19 / 05 May 2026
142
16:17 / 05 May 2026
73
16:09 / 05 May 2026
63
16:06 / 05 May 2026
65
15:55 / 05 May 2026
61
15:45 / 05 May 2026
65
15:40 / 05 May 2026
90
15:35 / 05 May 2026
79
15:29 / 05 May 2026
705
15:20 / 05 May 2026
254
15:11 / 05 May 2026
325
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.