"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1501
05.02.2026, 14:19
Politoloq Aydın Quliyev :"Bunu İranın Türkiyəyə qarşı "hörmətsizliyi" kimi qiymətləndirmək yanlışdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın yan-yana, rahat və bərabər addımlaması İrana mesajdır, yoxsa, hazırda bölgədə olan ABŞ-yə?
Oxu24.com -un bu sualını politoloq Aydın Quliyev cavablandırıb.
O, bildirib ki, bəziləri İranın ABŞ ilə danışıqların İstanbuldan Omana köçürülməsini Türkiyəyə qarşı “hörmətsizlik” kimi qələmə verməyə çalışırlar. Ancaq bu məsələyə “hörmətsizlik” kimi yanaşmaq düzgün deyil.
"Əvvəldən də bütün ağıllı analitiklər hesab edirdilər ki, İranla ABŞ-nin arasında Türkiyənin vasitəçiliyi baş tutan deyil. Türkiyə buna cəhd etsə də, həqiqətən vasitəçilik etməyə çalışsa da, baş tutmadı.Əvvəlcədən də bunun effektiv olacağı gözlənilən deyildi”,-deyə politoloq bildirib.
Bunun da səbəblərini politoloq belə açıqlayıb:
“Çünki əvvəla ABŞ-nin özünün bu vasitəçiliyi nə dərəcədə məqbul saydığı şübhəlidir. Tramp olduqca iddalı siyasətçidir, özü haqqında böyük fikirdədir. 8 müharibəni tək başına yekunlaşdırdığı ilə bağlı qürur keçirdiyini dəfələrlə deyib. Belə şəraitdə Trampın başladığı müharibəni hansısa bir liderin yatırması ilə barışacağı real görünmür. Tramp onun İranla münasibətlərində kiminsə vasitəçilik etməyini həqiqətən sevmir və özü hər şeyi birbaşa, üz-üzə həll etmək niyyətindədir. İkinci, İran Türkiyənin vasitəçilik səyləri ilə əvvəldən barışa bilməzdi. Çünki Türkiyə ilə İranın bir sıra regional məsələlərdə ciddi rəqabəti var. Belə olan halda İran yaxşı başa düşür ki, onun ABŞ ilə münasibətləri prosesinə Türkiyənin buraxılması onun regional geosiyasət yanaşmalarının Türkiyəyə bəlli olmasına gətirib çıxarda bilər. İran da bunu istəmir. Tehran özünün bir sıra regional siyasət tezislərinin Türkiyəyə bəlli olmasını istəmir. Bu cəhətdən də həmin o vasitəçiliyin İstanbuldan Omana keçirilməsini İran daha məqbul hesab elədi. Bir sözlə, o hadisə İranın Türkiyəyə hörmətsizliyi nöqteyi nəzərindən yanaşılmamalıdır. Buna o konteksde yanaşılmalıdır ki, Türkiyənin bu məsələdə vasitəçiliyi İranın regional maraqlarına uyğun deyildi”- deyə politoloq vurğulayıb.
Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə gün əvvəl ABŞ-ın ölkəsinə hücumu halında Amerikanın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki səfirliklərinin vurulacağı ilə hədədləmişdi.
Daha sonra isə Türkiyə ilə ABŞ arasında bir neçə günlük gərgin danışıqlar aparılıb. Rəsmi Ankara bu müddət ərzində Trampın İrana hücumunun qarşısını almaq üçün xeyli səy göstərib. Nəhayət, uzun müzakirələrdən sonra ABŞ-İran görüşünün 6 fevralda İstanbulda keçirilməsi qərara alınıb. İran qəflətən ABŞ ilə danışıqların İstanbuldan Omana köçürülməsini tələb edib. Bu bölgədə nüfuzu olan Türkiyəyə qarşı sayğısızlıq kimi anlaşıldı.
Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.