ABŞ-Fransa gərginliyi ARTIR: Trampın Makronu hədələməsinin arxasında NƏ DAYANIR?
20 Yanvar 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
98
20.01.2026, 15:34
"1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm ən ağır, həm də ən şərəfli səhifələrdən biridir. Bu gün – Qanlı Yanvarın 36-cı ildönümündə xalqımız yalnız böyük bir faciəni deyil, eyni zamanda azadlıq, milli ləyaqət və müstəqillik uğrunda göstərilən misilsiz qəhrəmanlığı ehtiramla xatırlayır. 20 Yanvar hadisələri təkcə günahsız insanların kütləvi qətli deyil, bütöv bir xalqa qarşı törədilmiş öncədən planlaşdırılmış, insanlıq əleyhinə ağır cinayət idi".
Bu fikirləri Oxu24.com-a açıqlamasında millət vəkili Elnarə Akimova bildirib.
"Əlbəttə ki, bu faciəyə aparan yol 1987-ci ildən – azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı dövrdən başlamışdı. Artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı zorakılıq yolunu seçdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun böyük hərbi kontingenti Bakıya və respublikanın bir sıra rayonlarına yeridildi. Ağır texnika, tanklar, zirehli maşınlar və dənizdən çıxarılan desant qüvvələri dinc əhaliyə qarşı istifadə olundu.Qadın, uşaq, qoca demədən günahsız insanlar gülləbaran edildi. Bu, sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi açıq hərbi təcavüz idi",-deyə millət vəkili bildirib.
Elnarə Akimova 20 Yanvar hadisələrinin xalqımızın gələcək taleyində oynadığı roldan da bəhs edib.
Həmçinin oxuyun
"Nəticədə, 20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və mənəvi dayaqlarını tam sarsıtdı. Xalqın mövcud rejimə və Sov.İKP-yə nifrəti ən yüksək həddə çatdı, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Eyni zamanda, faciədən sonra bəzi siyasi qüvvələrin xalqın qanı üzərindən siyasi divident qazanmaq niyyətləri də ifşa olundu. Hadisələrə siyasi qiymət verilməsi tələbi ilə çıxış edənlər sonradan hakimiyyətdə olduqları dövrdə bu məsuliyyətdən yayındılar.
20 Yanvar faciəsinə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, baş verənləri hüquqa, demokratiyaya və humanizmə zidd ağır cinayət adlandırdı. Kremlin informasiya blokadasına baxmayaraq, bu mövqe bütün dünyada geniş əks-səda doğurdu və Azərbaycan xalqının qəlbində ümid işığı yandırdı.
Aradan keçən son 36 il ərzində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atıldı.
Bu gün Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi uca tutulur. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” memorial kompleksi, 20 Yanvar şəhidlərinə verilən fəxri ad, hər il yanvarın 20-nin ümumxalq hüzn günü kimi qeyd olunması dövlətin və xalqın bu müqəddəs xatirəyə ehtiramının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün güclü sosial müdafiə sistemi formalaşdırılıb, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
20 Yanvar faciəsi Azərbaycan xalqı üçün yalnız böyük bir kədər deyil. Bu tarix eyni zamanda milli ləyaqətin, birliyin və azadlıq iradəsinin təntənəsidir. Məhz həmin gün Azərbaycan xalqı öz müstəqilliyi uğrunda ilk şəhidlərini verdi və geri dönməz azadlıq yoluna qədəm qoydu. Bu gün müstəqil, suveren Azərbaycan dövləti, azad edilmiş torpaqlarda dalğalanan üçrəngli Bayraq, bərpa olunan Qarabağ və Şərqi Zəngəzur 20 Yanvar şəhidlərinin qanı ilə yazılan tarixin məntiqi davamıdır",-deyə millət vəkili bildirib.
Turan Etibaroğlu
19:21 / 20 Yanvar 2026
7
19:19 / 20 Yanvar 2026
4
19:02 / 20 Yanvar 2026
30
18:59 / 20 Yanvar 2026
125
18:49 / 20 Yanvar 2026
116
18:40 / 20 Yanvar 2026
33
18:30 / 20 Yanvar 2026
38
18:25 / 20 Yanvar 2026
33
17:58 / 20 Yanvar 2026
48
17:16 / 20 Yanvar 2026
88
17:11 / 20 Yanvar 2026
126
17:10 / 20 Yanvar 2026
66
17:07 / 20 Yanvar 2026
80
16:53 / 20 Yanvar 2026
203
16:31 / 20 Yanvar 2026
79
15:27 / 20 Yanvar 2026
78
15:24 / 20 Yanvar 2026
87
15:00 / 20 Yanvar 2026
1206
14:32 / 20 Yanvar 2026
135
14:25 / 20 Yanvar 2026
176
14:09 / 20 Yanvar 2026
391
14:05 / 20 Yanvar 2026
115
13:55 / 20 Yanvar 2026
240
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.