"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1562
20.01.2026, 14:09
“20 Yanvar hadisələrinin uzun illər boyu sırf matəm şəklində təqdimatı məni QABOY adlı musiqi alətinə də nifrət elətdirdi”.
Bu fikirləri Oxu24.com saytına tarix üzrə fəlsəfə elmləri doktoru Ceyhun Bayramlı bildirib.
Tarixçi, 36 il əvvəl Azərbaycan xalqının sırf azadlıq və müstəqillik uğrunda mübarizədə sovet -rus qoşunlarının ağır texnikası ilə qırğınlara məruz qaldığını və bu qırğınlara əyilməyərək istədiyi müstəqilliyə çatdığını vurğular. Bütün prosesi Azərbaycan xalqının imperiya qalib gəlməsi kimi dəyərləndirir:
" Kaş o Kamil Cəlilov həmin qaboy musiqisindən istifadə etməyəydi. Sanki bilərəkdən kimlərsə bu ağlaşma melodiyaları ilə millətə kiçiklik, əzginlik sindromunu aşılamaqda maraqlıdır. Sanki quldar öz qulunu döyüb, o da oturub için-için ağlayır. Bir xalqın ki şairi "Ağla, qərənfil ağla!" kimi şeir yaza, o biri şair "20 yanvarda xalqımızı zorladılar" deyə açıqlama verə, bu ən azı həmin hadisələrdə şəhid olanların mübarizəsini heçə saymaqdır. Adamlar nəyin uğrunda canından keçib, sən buna ağlaşma qurmusan. Artıq həmin hadisədən nə az, nə çox 36 il keçir. 36 ildir bu hadisələr ölkə boyu yalnız hüzn, matəm şəklində təqdim olunur. Bəs, bu şəhid olanların mübarizəsi, müstəqillik tələbləri, xalqın imperiyaya qarşı dirənişi?
Bu, qəhrəmanlıq epopeyasıdır, dünyanın ən böyük imperiyası və onun ordusu üzərində mənəvi qələbədir.
Necə ki, Kərbəlanı anlamayan cahil çoxluq onu ancaq matəm-ağlaşma kimi gördü, eləcə də 20 yanvarı yalnız hüzn və matəm kimi görür.
Bu deyilənləri anlamayan hər kəs diqqətlə baxsın bu şəkillərə və sonda iddia eləsin görüm,həqiqətənmi burada xalqın azadlıq mübarizəsi yox, yalnız ağlaşma və hüzn var. Və nəticəyə baxaq - il sonunda SSRİ rəhbərliyinin istədiyi oldu, yoxsa, Azərbaycan xalqının və 20 yanvar qəhrəmanlarının istədiyi?
Dünyanın ən böyük ölkəsi dağıldı, Azərbaycan müstəqil oldu. Onda nə ağlaşma qurulur hər il?
Allah bu hadisələrdə həyatını itirən kim varsa məkanını cənnət eləsin, ancaq motiv ağlaşma və matəm deyil, dirəniş, mübarizə və mənəvi qələbədir. Yaşasın 20 yanvar qəhrəmanlarının qurmağa nail olduğu müstəqil Azərbaycanımız!!!- deyə tarixçi alim vurğulayıb.
Əntiqə Rəşid
17:15 / 14 Noyabr 2026
1
16:20 / 14 Noyabr 2026
81
16:05 / 14 Noyabr 2026
114
15:45 / 14 Noyabr 2026
99
15:27 / 14 Noyabr 2026
249
15:25 / 14 Noyabr 2026
110
15:07 / 14 Noyabr 2026
214
15:05 / 14 Noyabr 2026
121
14:44 / 14 Noyabr 2026
153
14:31 / 14 Noyabr 2026
113
14:24 / 14 Noyabr 2026
609
14:19 / 14 Noyabr 2026
114
14:15 / 14 Noyabr 2026
106
14:09 / 14 Noyabr 2026
256
13:50 / 14 Noyabr 2026
2714
13:48 / 14 Noyabr 2026
141
13:16 / 14 Noyabr 2026
135
13:03 / 14 Noyabr 2026
116
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
136
12:09 / 14 Noyabr 2026
145
11:58 / 14 Noyabr 2026
141
11:50 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.