Qaynar xətt:

(+99450) 247 90 86

Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var.

2018-12/1546194912_1543912814_mand.jpg

MARAQLI

1122

30.12.2018, 22:35

\"\" Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var. Mandarin ən güclü antioksidantlar sayılan C və A vitaminlər, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalisium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir. Belə zəngin tərkibə görə mandarin insan sağlamlığına böyük fayda verir.
Oxu2.com saglamolun.az-a istinadən sizi mandarinin faydaları ilə tanış edir: - Mandarin kapilyar və damarları təmizləyir və möhkəmləndirir, onları daha elastik edir. - Qanda xolesterinin səviyyəsini aşağı salır. - Ürəyin fəaliyyətini yaxşılaşdırır. - Qaraciyəri piylənmədən qoruyur. - Sakitləşdirir, əhvalı yaxşılaşdırır, stresdən çıxardır. - Görməni və dərinin vəziyyətini yaxşılaşdırır. - Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır. - Şəkərli diabetin inkişafından qoruyur. - Xərçəng əleyhinə təsirə malikdir. - Virus və göbələklərə öldürücü təsir edir. - Orqanizmdə iltihabları azaldır. - Orqanizmi möhkəmləndirir, orqanizmin tonusunu qaldırır, yorğunluğu azaldır. - Metabolizmi sürətləndirir, orqanizmdə piylərin yığılmasına mane olur. Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq alimlər mandarini həddindən çox yeməyi tövsiyə etmirlər. Böyüklər gün ərzində 3-4 mandarin yeyə bilələr. Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı mandarin yemək olmaz. Həmçinin mandarin allergiyaya səbəb ola bilər.