Çingizxanın ailəsi barədə açılmamış sirlər...
25 Fevral 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
600
11.12.2025, 23:21
Bəzi mənbələrdə soyadı Şıxəlibəyov kimi göstərilən Zaman bəy Şeyxəlibəyov dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri olub.1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləyib.Qazax dilində çıxan ilk qəzet olan "Türküstan yerli qəzeti"nin ədəbi redaksiyasında fəal iştirak edib.
Zaman bəy 7 noyabr 1838-ci ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi, 1868-1872-ci illərdə Yelizavetpol dairə məhkəməsinin Nuxa magistratura şöbəsinin pristavı vəzifəsində çalışıb.Sonra bir çox qafqazlı həmfikirləri ilə birlikdə Türkiyəyə mühacirət edib O, rus hakimiyyətinin repressiyasından yaxa qurtarmaq üçün qardaşları ilə birlikdə İstanbulda qalıb.1870-ci illərdə Kokand xanlığının şərqində yeni dövlət-Yeddişəhər yarandı və burada Yaqub bəy öz hakimiyyətini elan etdi.Yaqub bəy islahatlar aparmaq istədiyi üçün Osmanlı sultanından bir neçə savadlı müsəlman göndərməsini xahiş etdi.Sultan bu xahişi yerinə yetirdi.Göndərilən şəxslər arasında Zaman bəy Şıxəlibəyov da var idi.
1876-cı ildə Türküstan general-qubernatoru Kaufman kapitan
Kuropatkin vasitəsi ilə Yaqub bəylə dostluq müqaviləsi bağladı.Həmin il rus səyyahı və coğrafiyaşünası Nikolay Prjevalski Külcədən İli çayına qədər baş tutacaq ikinci səyahətə çıxmışdı. Yeddişəhərin hüdudlarını tərk edən Prjevalski Zaman bəy haqqında öz gündəliyində minnətdarlıq qeydləri edir. O, dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi.1870-ci illərdə Zaman bəy Şıxəlibəyov (Şeyxəlibəyov)Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi.
1877-ci ildə Yaqub bəyin ölümündən sonra Zaman bəy Daşkəndə gəldi və Kaufmanın xahişi ilə Kuropatkinə göstərdiyi xidmətlərə görə minnətdarlıq edən imperator II Aleksandr Zaman bəyin günahını bağışladı və işə götürülməsinə icazə verdi.
1877-1878-ci illərdə Zaman bəy Rusiyanın Əfqanıstana göndərdiyi və general-mayor Nikolay Stoletovun başçılıq etdiyi səfirlikdə iştirak edib.
Zaman bəy 6 may, 1904-cü ildə Daşkənddə, Sırdərya vilayətində vəfat edib...
Həmçinin oxuyun
Hazırladı: Tarixçi Namiq Həsənov
00:45 / 27 Fevral 2026
1
00:26 / 27 Fevral 2026
143
00:17 / 27 Fevral 2026
30
00:05 / 27 Fevral 2026
39
23:51 / 26 Fevral 2026
41
23:49 / 26 Fevral 2026
41
23:42 / 26 Fevral 2026
324
23:30 / 26 Fevral 2026
44
23:23 / 26 Fevral 2026
45
23:19 / 26 Fevral 2026
62
23:12 / 26 Fevral 2026
49
23:07 / 26 Fevral 2026
147
22:59 / 26 Fevral 2026
146
22:56 / 26 Fevral 2026
419
22:51 / 26 Fevral 2026
40
22:46 / 26 Fevral 2026
42
22:42 / 26 Fevral 2026
40
22:40 / 26 Fevral 2026
46
22:31 / 26 Fevral 2026
134
22:26 / 26 Fevral 2026
65
22:04 / 26 Fevral 2026
122
21:45 / 26 Fevral 2026
394
21:39 / 26 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.