Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
18 May 2026, 02:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1887
14.12.2025, 15:41
Bu adam həm kosmosa ilk uçan sovet itinə - Laykaya şeir yazıb, həm də “Ana və poçtalyon” kimi möhtəşəm əsər yaradıb.
Oxu24.com birmənalı qəbul edilməyən şəxsiyyətlətin başında duran Xalq şairi Süleyman Rüstəm haqqında şok faktlar təqdim edir.
Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olub.
Süleyman Rüstəm Azərbaycanda bu gün də birmənalı qəbul edilməyən, SSRİ dönəmində fəaliyyətinə, yazdığı bir çox mətnlərinə görə qınanan adamlardandır. Məsələn, aşağıdakı misralar Azərbaycan müstəqillikm qazandıqdan sonra onun ən çox qınanmasına səbəb olan mətnlərdəndir.
Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
“Erginə qon, boz qurd” kimi əfsanələr sizin olsun,
İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər”.
Lakin elə bu misraları yazan şair sovetlər dönəmində Türkiyə səfəri zamanı Məmməd Əmin Rəsulzadənin (ikisi də Novxanıda doğulub - red.) məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Süleyman Rüstəm başdaşının yanında oturur və xeyli ağlayır.
Şeirlərini, yazılarını həmişə əski əlifbada yazarmış...
Süleyman Rüstəm Azərbaycan SSR-nin dövlət himninin müəlliflərindən biri olub.
Süleyman Rüstəmin oğlu azad Rüstəmzadə müsahibələrindən birində atasının qadınlarla münasibətindən danışarkən, deyir:
Qadınlarla münasibəti yaxşı idi. Yaxşı idi. Mənim bir qaynım vardı, Nyu-Yorkda rəhmətə getdi. O, mənə and içərək deyirdi ki, bir gün anam Sayad xanım evə gələndə, görüb, atam o dövrün Xalq artisti olan çox məşhur müğənnilərindən biri ilə yataq otağında alt paltarındadır. Anam mətbəxdən oxlovu götürüb, atamı kötəkləməyə başlayıb, atam paltarını geyinib qaça-qaça birinci mərtəbəyə düşüb. Anam əlində oxlov onu “Tarqovu”da qovalamağa başlayıb. Qaynım bunu mənə deyəndə inanmadım, dedim elə şey ola bilməz. Ona bu barədə keçmiş 26-lar rayonunun polis rəisi danışıbmış. Amma yadıma gəlir ki, nə zaman həmin müğənni televizorda oxuyurdu, atam dərhal durub otaqdan çıxırdı.
Azad Rüstəmzadə, bu müsahibəni həmkarım jurnalist Samirə Əşrəfə verib. Və müsahibədə həmin qadın Xalq artistinin adını da açıqlayır. Biz isə etik olmaz deyə, xanımın adını açıqlamırıq.
Atası dəmirçi olub və uşaqlıqdan şair ona kömək edib. Bu səbəbdən Süleyman Rüstəmdə “qrija” varmış. Bu ağrı onu bütün ömrü boyu izləyib. Uzun müddət bu ağrı ilə yaşayan Süleyman Rüstəmə əməliyyat olunmağını söyləyirlər. Onda 83 yaşı varmış. Və əməliyyatdan üç gün sonra vəfat edib.
02:40 / 18 May 2026
70
02:18 / 18 May 2026
208
02:05 / 18 May 2026
275
01:43 / 18 May 2026
152
01:36 / 18 May 2026
458
01:33 / 18 May 2026
113
01:19 / 18 May 2026
313
01:17 / 18 May 2026
93
01:14 / 18 May 2026
85
19:32 / 17 May 2026
116
19:27 / 17 May 2026
144
19:12 / 17 May 2026
2659
19:02 / 17 May 2026
122
19:00 / 17 May 2026
117
18:43 / 17 May 2026
623
18:41 / 17 May 2026
111
18:39 / 17 May 2026
109
18:37 / 17 May 2026
113
18:35 / 17 May 2026
134
17:32 / 17 May 2026
255
17:28 / 17 May 2026
116
17:27 / 17 May 2026
114
17:25 / 17 May 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.