"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
870
14.12.2025, 14:56
Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmdə ifadə verən zaman günahkar olduğunu etiraf edib.
Oxu24.com xəbər verir ki, bu barədə məhkəmədə iştirak edən teleoperator Nazir Quliyev bildirib.
"Mən bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Həkimin verdiyi suala cavabında o, özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır", - Nazir Quliyev qeyd edib.
Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Xatırladaq ki, 2014-cü ildə də Kamran Əsədov Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.
Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
O zaman K.Əsəsdov Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunmuşdu.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.