Bakıya gələn III Msvatinin maraqlı HEKAYƏSİ
18 May 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
712
11.12.2025, 22:30
Oxu24.com unudulmuş tarixi şəxsiyyətlərlə bağlı maraqlı faktları təqdim etməkdə davam edir.
Bu dəfə haqqında məlumat təqdim etdiyimiz şəxs Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəylidir.
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli 1875-ci ildə Şuşa şəhərində doğulub.
İbtidai təhsilini molla yanında alıb, sonra şəhər Real məktəbində oxuyub. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi olan Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi.Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik edib. Lakin, Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub.
Belə ki, o, 35 il fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.
O, xalq kütləsi arasında maarifçiliyin, təhsilin vacibliyini və zəruriliyini xüsusi fəallıqla vurğulyırdı. Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvlərindən idi.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun xalası oğlu olan Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınayıb.
O, "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə ifa edib.
Bədəl bəy Bədəlbəyli 12 sentyabr 1932-ci ildə Bakıda vəfat edib.
O, məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti (1960) Əfrasiyab Bədəlbəylinin və görkəmli aktyor və rejissor, Azərbaycan SSR xalq artisti (1964) Şəmsi Bədəlbəylinin atası və pianoçu, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin babasıdır.
Qeyd edək ki, Bədəlbəylilər şəcərəsi Azərbaycana elm və mədəniyyət sahəsində tanınmış şəxsiyyətlər bəxş edib. Bu isə novbəti bir araşdırmanın mövzusudur...
Müəllif: Tarixçi Namiq Həsənov
16:00 / 18 May 2026
9
15:42 / 18 May 2026
46
15:30 / 18 May 2026
130
15:18 / 18 May 2026
160
15:09 / 18 May 2026
131
14:59 / 18 May 2026
83
14:50 / 18 May 2026
69
14:42 / 18 May 2026
74
14:37 / 18 May 2026
73
14:31 / 18 May 2026
71
14:21 / 18 May 2026
68
14:09 / 18 May 2026
99
13:59 / 18 May 2026
81
13:49 / 18 May 2026
80
13:40 / 18 May 2026
74
12:59 / 18 May 2026
103
12:59 / 18 May 2026
97
12:46 / 18 May 2026
105
12:39 / 18 May 2026
83
12:34 / 18 May 2026
260
12:26 / 18 May 2026
89
12:21 / 18 May 2026
95
12:04 / 18 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.