Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib
15 Noyabr 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
774
14.12.2025, 21:54
Son zamanlar elektrik enerjisinə qənaətin vacibliyi tez-tez gündəmə gətirilir. Bu isə cəmiyyətdə “işığa yeni limit tətbiq oluna bilərmi?” sualını aktuallaşdırıb.
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, enerji təhlükəsizliyi hər zaman aktual mövzudur və bu çərçivədə qənaət məsələləri ara-sıra müzakirə olunur.
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda elektrik enerjisindən istifadəyə görə limit mövcuddur və limit aşılarkən tarif dəyişir. Onun sözlərinə görə, bu yanaşma doğru hesab edilmir:
“Limiti keçdikdən sonra başqa tarif cədvəli üzrə ödəniş həyata keçirilir. Düşünürəm ki, bu, düzgün yanaşma deyil və bu limitlərin ləğvi zəruridir. Məsələ inzibati və hüquqi çərçivədə həll oluna bilər.”
Asif İbrahimov hesab edir ki, problemlərin həlli üçün köhnə limit mexanizmindən çox, daha müasir texnologiyaların tətbiqi vacibdir:
“Məsələn, ağıllı işıq sistemləri və LED işıqlandırma geniş tətbiq edilməlidir. Bəzi hallarda isə problem ümumiyyətlə limitlə bağlı olmur. Məsələn, Bakıxanov qəsəbəsində günorta saat 1-də belə küçə işıqlarının hamısı yanır. Bu artıq fərqli yanaşma tələb edən məsələdir. Burada kompensasiya xarakterli addımlar atılmalıdır.”
Ekspertin fikrincə, enerji qənaəti üçün limit tətbiqini sərtləşdirmək yox, idarəetmə və texnoloji yeniliklərə keçid daha effektiv nəticə verə bilər.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.