Elektrik enerjisi necə yaranır? — MARAQLI FAKT
04 Noyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
298
06.08.2026, 10:08
Yaponiyalı 72 yaşlı mühəndis Satoşi Nakaqava üzvi maddələrdən elektrik enerjisi istehsal edən innovativ texnologiyası ilə diqqətləri öz üzərinə çəkib.
Oxu24.com xəbər verir ki, o, şərab, çörək, kompost və torpaqdan enerji əldə etməyə imkan verən sistemi "Mikro Enerji Yığımı" (Microbial Power Collection – MPC) adlandırıb.
Nakaqavanın hazırladığı texnologiya şəbəkədən kənar enerji mənbəyi kimi fəaliyyət göstərir və karbon emissiyası yaratmır. Bundan əlavə, sistem günəş və külək enerjisindən fərqli olaraq hava şəraitindən asılı olmadığı üçün fasiləsiz enerji təmin etmək potensialına malikdir. Bu xüsusiyyəti ilə texnologiyanın fəlakət bölgələrində, ucqar yaşayış məntəqələrində və kənd təsərrüfatı sahələrində tətbiq oluna biləcəyi bildirilir.
Mühəndis Yaponiyanın Hitaçi-ota şəhərində yerləşən, şüşə ilə örtülmüş "Ku-An" adlı sınaq laboratoriyasında 1500 taxta qutuda yerləşdirilən torpaqdan əldə olunan enerji ilə eyni vaxtda 800 LED lampanı işıqlandırmağa nail olub.
Nakaqava daha sonra layihəsini inkişaf etdirərək "Lu-An" adlı yeni sistem hazırlayıb. Bu layihədə 2000-dən çox torpaqla doldurulmuş plastik silindrdən təxminən 100 vatt elektrik enerjisi istehsal edilib. Alim bildirir ki, bu güc düyü bişirən elektrik cihazını işlətmək üçün kifayət edir.
Mütəxəssislərin fikrincə, texnologiya hələ inkişaf mərhələsində olsa da, üzvi tullantılardan və torpaq mikroorqanizmlərindən enerji əldə edilməsi gələcəkdə ekoloji cəhətdən təmiz və dayanıqlı alternativ enerji mənbələri arasında mühüm yer tuta bilər.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.