Bakıda tələbə bıçaqlanıb
04 Noyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
114
04.11.2026, 21:26
Lənkəranda çöllük ərazidə 64 yaşlı iş adamının meyiti tapılıb.
APA-nın verdiyi xəbərə görə, Lənkəran rayon sakini 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində qamışlıqda aşkarlanıb.
İlkin məlumata görə, iki gün bundan əvvəl R. Əliyev ov etmək məqsədi ilə həmin əraziyə gedib, geri qayıtmayıb və axtarışları aparılıb. Axtarışlar nəticəsində onun meyiti tapılıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Xəsarətin ehtiyatsızlıqdan yıxılaraq alması və ya kimsə tərəfindən yetirildiyi məlum deyil. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra R. Əliyevin ölüm səbəbi məlum olacaq.
Qeyd edək ki, 64 yaşlı Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınır. O, restoran sahibidir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
21:46 / 04 Noyabr 2026
1
21:39 / 04 Noyabr 2026
26
21:32 / 04 Noyabr 2026
41
21:28 / 04 Noyabr 2026
42
21:13 / 04 Noyabr 2026
145
21:04 / 04 Noyabr 2026
75
21:03 / 04 Noyabr 2026
88
21:00 / 04 Noyabr 2026
83
20:58 / 04 Noyabr 2026
64
20:51 / 04 Noyabr 2026
66
20:47 / 04 Noyabr 2026
75
20:44 / 04 Noyabr 2026
110
20:41 / 04 Noyabr 2026
78
20:33 / 04 Noyabr 2026
256
20:28 / 04 Noyabr 2026
150
20:26 / 04 Noyabr 2026
149
20:21 / 04 Noyabr 2026
80
20:13 / 04 Noyabr 2026
92
20:08 / 04 Noyabr 2026
179
19:57 / 04 Noyabr 2026
122
19:55 / 04 Noyabr 2026
113
19:55 / 04 Noyabr 2026
177
19:25 / 04 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.