Qaynar xətt:

(+99450) 247 90 86

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı 

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı 

CƏMİYYƏT

57

04.11.2026, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat müəyyən edilməsi nəzərdə tutulur.

Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil edəcək.

Qeyd edək ki, 2026-cı ildə yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilib.

Beləliklə, 2027-ci ildə yaşayış minimumunun ölkə üzrə 14 manat və ya 4,7 faiz, əmək qabiliyyətli əhali üçün 17 manat və ya 5,4 faiz, pensiyaçılar üçün 13 manat və ya 5,3 faiz, uşaqlar üçün isə 14 manat və ya 5,4 faiz artırılması nəzərdə tutulur.

Yeni məbləğlərin 2027-ci il yanvarın 1-dən tətbiqi planlaşdırılır.