Abituriyentlərə şad xəbər
04 Noyabr 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
116
04.11.2026, 20:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdış prosesi ölkəmizin strateji inkişafının mərkəzində dayanır. İlk dövlət proqramının uğurla başa çatması və qarşıdakı illəri əhatə edəcək növbəti mərhələ bu bölgələrin dirçəldilməsində mühüm mərhələdir. Bu istiqamətdə dövlət büdcəsindən irimiqyaslı maliyyə vəsaitlərinin ayrılması görülən işlərin miqyasını açıq nümayiş etdirir. Hazırda həmin ərazilərdə minlərlə soydaşımızın yaşayması, çalışması və təhsil alması ölkəmizin gücünü göstərir. Qarşıdakı dövrdə isə məskunlaşmanın daha da genişləndirilməsi və dayanıqlı həyat şəraitinin təmin edilməsi əsas hədəflərdəndir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov fikirlərini Oxu24.com-la bölüşüb.
Deputatın sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış prosesi sürətlə və uğurla davam etdirilir. Birinci dövlət proqramının icrasının başa çatması ilə yanaşı, qarşıdakı illəri əhatə edəcək yeni proqramın hazırlıqlarına start verilib. İndiyə qədər bu bölgələrin bərpasına yalnız dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılmışdır.
O bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 100 minə yaxın vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayır, çalışır və təhsil alır. Onlardan 42 minə yaxını daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Birinci proqram məskunlaşma prosesinə start verməklə yanaşı, həm də infrastrukturun formalaşdırılması baxımından çox ciddi nəticələr əldə etməyə imkan yaratdı”.
Vüqar Bayramov qeyd edib ki, Böyük Qayıdış üzrə birinci dövlət proqramı 2026-cı ildə yekunlaşır və artıq növbəti proqram icrasının gələn ildən etibarən başlanılacaq:
“Ötən müddətdə bu istiqamətdə yalnız dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb. Eyni zamanda 100 min vətəndaşımız artıq işğaldan azad olunmuş ərazilərdə yaşayır, işləyir, çalışır. Onlardan 42 minə yaxını daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Təbii ki, birinci proqram məskunlaşma prosesinə start verdi və intensiv məskunlaşma müşahidə olundu. Eyni zamanda, birinci proqramın ən ciddi nəticələri infrastrukturların formalaşdırılması ilə bağlı idi. Çünki məskunlaşma davamlı bir prosesdir, amma infrastrukturun formalaşdırılması, istər nəqliyyat, istər logistika, eyni zamanda, təbii ki, sosial və kommunal xidmətləri həyata keçirən infrastruktur və bütün bunlar nəticə etibarilə daha kütləvi məskunlaşma üçün bir zəmin yaratdı”.
Deputat diqqətə çatdırıb ki, ona görə də birinci proqramın iqtisadi nəticələrini qiymətləndirən zaman birmənalı şəkildə məskunlaşma ilə yanaşı infrastruktur inkişafının sözü infrastrukturun inkişafı sözü qeyd edilməsinə ehtiyac var. Çünki nəticə etibarilə bu həm də ikinci proqram çərçivəsində daha kütləvi məskunlaşmaya imkan verəcək:
“Həm mövcud qaydalar, həm nəzərə alsaq ki, ilk növbədə məişət (yəni ev şəraiti) daha pis olan və ya yaxşı olmayan vətəndaşlarımızın keçmiş məcburi köçkünlərin məskunlaşması həyata keçirildi və növbəti ikinci proqram çərçivəsində isə daha kütləvi məskunlaşma olacaq”.
“Hər bir keçmiş məcburi köçkün ailəsinə mənzil təklif olunacaq – bu cənab Prezidentin siyasi iradəsidir. Ona görə heç bir məcburi köçkün ailəsi prosesdən kənarda qalmayacaq. Təbii nəticələri müsbət qiymətləndirmək lazımdır, çünki çox qısa zamanda işğal müddətinin tamamilə dağıdılmış ərazilərimizdə yeni infrastruktur formalaşdı, həyat yenidən əmin ərazilərimizə qayıtdı. Bütün bunlara yanaşı, biz artıq növbəti illərdə daha kütləvi məskunlaşma prosesini müşahidə edəcəyik. Bu o deməkdir ki, növbəti, əsasən 2027-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə yaşayan, işləyən və təhsil alan vətəndaşlarımızın sayında kəskin artımlar olacaq”,- deyə deputat əlavə edib.
Çimnaz Telmanqızı
20:47 / 04 Noyabr 2026
12
20:44 / 04 Noyabr 2026
64
20:41 / 04 Noyabr 2026
29
20:28 / 04 Noyabr 2026
70
20:26 / 04 Noyabr 2026
76
20:21 / 04 Noyabr 2026
57
20:13 / 04 Noyabr 2026
70
20:08 / 04 Noyabr 2026
148
19:57 / 04 Noyabr 2026
101
19:55 / 04 Noyabr 2026
87
19:55 / 04 Noyabr 2026
158
19:25 / 04 Noyabr 2026
89
19:18 / 04 Noyabr 2026
3956
19:17 / 04 Noyabr 2026
70
19:00 / 04 Noyabr 2026
84
18:41 / 04 Noyabr 2026
1337
18:41 / 04 Noyabr 2026
136
18:37 / 04 Noyabr 2026
196
18:35 / 04 Noyabr 2026
167
18:35 / 04 Noyabr 2026
3541
18:27 / 04 Noyabr 2026
111
18:21 / 04 Noyabr 2026
145
18:15 / 04 Noyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.