Qaynar xətt:

(+99450) 247 90 86

Mağazalara kütləvi haker hücumu:Qidalar məhv edilir

Mağazalara kütləvi haker hücumu:Qidalar məhv edilir

DÜNYA

43

04.11.2026, 21:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Messaggero qəzetinin verdiyi məlumata görə, haker hücumu Romada və İtaliyanın Lazio bölgəsindəki bir neçə supermarketdə soyuducu sistemlərinin sıradan çıxmasından sonra tonlarla qida xarab olub.

Qəzetin məlumatına görə, kiberhücum Romada üç mağazaya və Sabaudiya ərazisindəki başqa bir mağazaya təsir edib. Orada dondurucularda temperatur 50 dərəcəni keçib.

Ən ciddi itkilər qatıqların, təzə makaronların, ət məhsullarının və digər məhsulların atılması ilə bağlı olub. Bir supermarket dondurucularını dondurulmuş məhsullardan tamamilə boşaltmalı olub.

Mağaza işçiləri bildiriblər ki, soyuducu avadanlıqlarının sıradan çıxması səbəbindən donduruculardakı buz əriyib və qida suda qalıb. Bəzi bağlamalar şişib və partlayıb, məzmun xarab olub.

Messaggero-nun məlumatına görə, hücum digər Avropa ölkələrindəki mağazalara da təsir edib.

2 noyabrda Estoniyadakı böyük bir pərakəndə satış şəbəkəsinin soyuducularına haker hücumu edilib. Jurnalistlərin məlumatına görə, hakerlər soyuduculardakı temperaturu 50 dərəcəyə qaldırıblar.

NİGAR