Gecə 4-5 saat yatmaq çəkiyə necə təsir edir? - Həkimlər AÇIQLAYIR
21 Avqust 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
212
03.08.2026, 10:40
İraqın Nəcəf şəhərində yerləşən Vadi əl-Salam nekropolu dünyanın ən böyük qəbiristanlıqlarından biri kimi tanınır.
Oxu24.com xəbər verir ki, təxminən 1400 ildən artıqdır istifadə olunan bu geniş ərazi milyonlarla məzarı ilə uzaqdan ayrıca bir şəhəri xatırladır.
Şiə müsəlmanları üçün müqəddəs sayılan Vadi əl-Salam nekropolunun yaxınlığında ilk şiə imamı Əli ibn Əbu Talibin məzarı yerləşir. Şiə inancına görə, burada dəfn olunmaq axirət yolunda mənəvi yaxınlıq və xüsusi dəyər daşıyır. Buna görə də müxtəlif ölkələrdən mərhumların cənazələri bu əraziyə gətirilir.
Tarixi mənbələrə əsasən, nekropolun yaşı 1400 ildən çoxdur. Ərazidə aparılan araşdırmalar zamanı Parfiya və Sasani dövrlərinə aid arxeoloji nümunələr də aşkar edilib. Vadi əl-Salam həm dini, həm də tarixi-mədəni əhəmiyyətinə görə regionun ən mühüm irs məkanlarından biri hesab olunur.
Nekropolda dəfn mərasimləri ənənəvi dini qaydalara uyğun keçirilir. Mərhumlar əvvəlcə dini ayinlərlə yola salınır, Əli ibn Əbu Talibin məzarı yaxınlığında dualar oxunur və mərasimlər Quran tilavəti ilə tamamlanır.
Vadi əl-Salam bu gün də dünyanın müxtəlif yerlərindən gələn ziyarətçilərin və dəfn mərasimlərinin ünvanı olaraq öz tarixi və dini əhəmiyyətini qoruyur.
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.