Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
858
24.03.2026, 18:33
Gündəlik həyatımızda fərqinə varmadan minlərlə dəfə baş verən bir hərəkət var – gözümüzü qırpmaq. Lakin bu sadə görünən refleksin arxasında maraqlı səbəblər dayanır.
Oxu24.com xəbər verir ki,oftalmoloqların açıqlamasına görə, göz qırpma hərəkəti əsasən üç funksiyanı yerinə yetirir.
Birincisi, gözün nəmliyini təmin etməkdir. Göz qırpanda göz yaşı təbəqəsi bütün səthə yayılır, göz qurumasının qarşısını alır və yanma, zədələnmə riskini azaldır.
İkincisi, gözün təmizləmə mexanizmidir. Toz, mikroblar və xırda hissəciklər göz qırpmaqla xaric olunur, göz yaşı ilə yuyulur. Üçüncüsü isə beyinlə bağlıdır: düşünmə və məlumat emal edərkən qısa fasilə yaradır, mikrosaniyələrdə gözümüzü qırpmış oluruq.
Mütəxəssislər qeyd edir ki, normalda dəqiqədə 15-20 dəfə qırpırıq, amma kompüter və telefon qarşısında bu sayı 5-7 dəfə azalır ki, nəticədə göz quruyur və yorğunluq yaranır.
Stres və həyəcan isə qırpma sayını artıra bilir.
Maraqlı bir fakt isə odur ki, söhbət zamanı iki insanın göz qırpma tempi bir-birinə uyğunlaşa bilər – bu, sosial əlaqə və empatiya ilə bağlıdır.
Göz qırpmaq sadəcə adi refleks deyil, həm qoruyucu mexanizm, həm də beynin işləmə prosesinin ayrılmaz hissəsidir.
Hazırladı: Jalə
00:34 / 13 Noyabr 2026
15
00:18 / 13 Noyabr 2026
35
00:17 / 13 Noyabr 2026
48
23:53 / 12 Noyabr 2026
362
23:51 / 12 Noyabr 2026
55
23:40 / 12 Noyabr 2026
102
23:34 / 12 Noyabr 2026
76
23:24 / 12 Noyabr 2026
433
23:20 / 12 Noyabr 2026
76
23:19 / 12 Noyabr 2026
78
23:18 / 12 Noyabr 2026
83
23:12 / 12 Noyabr 2026
83
23:03 / 12 Noyabr 2026
86
23:02 / 12 Noyabr 2026
179
22:59 / 12 Noyabr 2026
83
22:55 / 12 Noyabr 2026
93
22:49 / 12 Noyabr 2026
112
22:40 / 12 Noyabr 2026
91
22:24 / 12 Noyabr 2026
155
22:21 / 12 Noyabr 2026
100
22:13 / 12 Noyabr 2026
110
21:55 / 12 Noyabr 2026
102
21:39 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.