TV-lərdə “ürəkgetmə”, “nişan”, “dava-dalaş”: Saxta səhnələrlə tamaşaçını aldatmaq...
23 Yanvar 2026, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
187
23.01.2026, 08:30
Kanadada bəzi itlər günə adi məktəblilər kimi başlayır. Sahibləri uzun iş saatlarında evdə tək qalmamaları üçün itlərini xüsusi “it məktəblərinə” – gündüz baxım mərkəzlərinə göndərirlər.
Oxu24.com Lent.az-a istinadla xəbər verir ki, səhər saatlarında evlərin qarşısına mikroavtobus gəlir, qapılar açılır və itlər gün ərzində müxtəlif fəaliyyətlərin keçirildiyi mərkəzlərə aparılır.
Bu xidmət "dog-daycare" - gündüz baxımı formatında təşkil olunur. İtlər birbaşa evdən götürülərək baxım mərkəzinə çatdırılır. Gün ərzində onları oyunlar, gəzintilər, sosiallaşma məşğələləri, istirahət və mütəxəssislərin nəzarəti altında müxtəlif fəaliyyətlər gözləyir. Axşam saatlarında isə itlər yenidən evlərinə qaytarılır və sahiblərinə təhvil verilir.
Xidmətin məqsədi yalnız əyləncə deyil. Bu yanaşma itlərin tək qalmaqdan yaranan stressini azaldır, eyni zamanda sahiblərin rahatlığını təmin edir. İtlər qapalı məkanda tənha qalmaq əvəzinə, xüsusi hasarlanmış açıq sahələrdə qaçır, oynayır, dincəlir və digər itlərlə ünsiyyətdə olurlar.
Qrupların təhlükəsiz və sakit olması üçün hər bir it əvvəlcədən yoxlanılır və uyğunluq qiymətləndirilməsi aparılır. Mütəxəssislər bu təcrübənin getdikcə daha geniş yayıldığını bildirirlər, çünki bu üsul heyvanların uzun müddət tənha qalmasının qarşısını alır.
Hazırda itlər üçün baxım və nəqliyyat xidmətləri Kalyari Toronto və Kiçener–Vaterloo bölgələrində fəaliyyət göstərir. "Ruff and Puff" və "PawTrips" kimi şirkətlər kiçik avtobuslarla itləri birbaşa sahiblərinin evlərindən götürürlər.
Bu xidmətdən istifadə edən sahiblər bildirirlər ki, itləri günün sonunda evə daha sakit, xoşbəxt və yorğun qayıdır. Mütəxəssislərin fikrincə, bu format xüsusilə təkliyə çətin dözən, narahatlıq yaşayan və ya yüksək enerjiyə malik itlər üçün daha faydalıdır.
Həmçinin oxuyun
16:36 / 23 Yanvar 2026
1
16:13 / 23 Yanvar 2026
277
16:00 / 23 Yanvar 2026
32
15:39 / 23 Yanvar 2026
44
15:23 / 23 Yanvar 2026
40
15:13 / 23 Yanvar 2026
227
14:53 / 23 Yanvar 2026
238
14:39 / 23 Yanvar 2026
58
14:30 / 23 Yanvar 2026
411
14:27 / 23 Yanvar 2026
55
14:13 / 23 Yanvar 2026
1020
13:37 / 23 Yanvar 2026
74
13:35 / 23 Yanvar 2026
65
13:32 / 23 Yanvar 2026
75
13:18 / 23 Yanvar 2026
79
13:16 / 23 Yanvar 2026
60
13:10 / 23 Yanvar 2026
338
12:55 / 23 Yanvar 2026
75
12:24 / 23 Yanvar 2026
76
12:13 / 23 Yanvar 2026
83
11:35 / 23 Yanvar 2026
385
11:25 / 23 Yanvar 2026
99
11:20 / 23 Yanvar 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.