Fillərlə bağlı ŞOK MƏLUMAT: Onlardan nə üçün istifadə olunub?
11 May 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
4452
18.01.2026, 22:07
Bu kənd həm qonaqpərbərliyi, həm məşhur insanları, həm də yaşayış səviyyəsinə görə seçilir.
Oxu24.com ölkəmizin ən qədim, varlı kəndlərindən biri haqda məlumatı təqdim edir:
Bu gün sizi Naxçıvanın ən qədim, ən sirli kəndlərindən birinə aparıram – Nehrəm kəndinə. Əhalisi 15 min nəfərə yaxındır. Qəsəbə Araz çayının sol sahilində yerləşir. Nehrəm kəndi ən böyük və qədim yaşayış məskənlərindən biridir.
Bura sadəcə bir kənd deyil – qədim qala divarlarının, məscidlərin, pirlər və türbələrin qorunduğu, minillik tarixə şahidlik edən bir diyardır. Yerli camaatın söylədiyinə görə, Nehrəm qədim türk tayfalarının izlərini daşıyan yaşayış məskənlərindən biridir.
Burada qədim məzar daşları, tarixi məscidlər, ocaqlar və xalq arasında dolaşan çoxlu əfsanələr var. Hər daşın altında bir tarix, hər məhəllənin arxasında bir sirr gizlənib.
Ən maraqlısı isə – Nehrəm kəndi təkcə tarixi ilə deyil, həm də qonaqpərvərliyi, özünəməxsus yeməkləri və əsrlərlə yaşadılan adət-ənənələri ilə seçilir. Sanki zaman burda dayanıb, amma kəndin ruhu hələ də yaşayır.
Əgər siz də Azərbaycanın ən qədim kəndlərindən birinin gizlinlərini öyrənmək, heyrətamiz tarixi faktlarla tanış olmaq və xalq arasında danışılan əfsanələri eşitmək istəyirsinizsə – videonu sona qədər izləyin.
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
2020-ci ildə Nehrəm kəndinə qəsəbə statusu verilib. Nədir bu kəndi Azərbaycanda fərqləndirən?
Azərbaycanda ən çox general bu kənddədir. Məlumatlara görə bu kənddən 24 general var.
Kənd savadlı, ziyalı insanlar yetişdirməsi ilə də məşhurdur.
Nehrəm kəndinin tanınmışlarından söhbət açılırsa, ilk olaraq adı çəkiləsi şəxs birmənalı şəkildə Mirzə Cəlildir. 1869-cü ildə bu kənddə anadan olan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, jurnalistikası, publisistikası və maarifində əsl hadisə sayılır. Bütün yaradıcılığını kənara qoyub bircə “Molla Nəsrəddin” jurnalının adını çəksək, bu Mirzə Cəlilin nə dərəcədə vacib şəxsiyyət olmasının göstəricisi sayılar.
ABŞ Hərbi Dəniz Donanmasının zabiti Nəimi Əmirəliyev, də kəndin fəxr edilə biləcək yetirmələrindən biri hesab etmək lazımdır.
Hüseyn Nadim Naxçıvani, Heydər Vəzirov, əməkdar həkim Abdulla Abdullayev, Hümmət Hacıyev - 1935-ci ildə Nehrəmdə anadan olan neftçi-geoloq, geologiya -minerologiya elmləri namizədi, Azərbaycanın əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.
Əli Nuriyev - 1928-ci ildə anadan olan Əli Nuriyev Nehrəmin daha bir alim yetirmələrindəndir. O, kimya sahəsində çox nüfuzlu uğurların sahibidir. Kimya elmlər doktoru, professordur.
Nehrəm kəndində bir çox tarixi memarlıq abidələri yerləşir. Bunlardan Hasar məscidi (XVIII əsr), İmamzadə kompleksi ( XVIII əsr), Xəndək Məscidi ( XIX əsr) Hacı Mehdi məscidi (XIX əsr) göstərmək olar.
İmamzadə kompleksi XVIII əsrə aid memarlıq abidəsidir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var, lakin qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Camaat arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci İmamı Museyi-Kazımın oğlu seyid Əqil dəfn olunub.
Nehrəm kəndində memarlıq abidələrindən biri də XVIII əsrin ortalarında Əsədulla Kərim bəy tərəfindən tikilən hamamdır.
Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Qəsəbədə Nehrəm qəsəbə Birinci Hüseyniyyə məscidi, 1892-ci ildə inşa edilmiş Nehrəm qəsəbə Cümə məscidi, 1894-cü ildə inşa edilmiş Nehrəm qəsəbə Güllü məscidi, 1994-cü ildə inşa edilmiş Nehrəm qəsəbə İkinci Hüseyniyyə məscidi yerləşir.
Qəsəbədə qəsəbə sahə xəstəxanası, doğum evi fəaliyyət göstərir.
Mənbə: Yerin Qulağı Kanalı
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.