20 ildir sərnişin təyyarəsini meşədə evə çevirib-Foto
09 May 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1164
23.01.2026, 11:35
Efirlər son zamanlar mənasız şouların, əttökən “şok, şok, şok”ların məkanına çevrilib. Xüsusən efir vaxtı baş verən ürəkgetmələr, verlişi tərk etmələr, verlişdə etik qaydalara zidd olan dialoq və davalar, Azərbaycan teleməkanını gözdən salan detallardır. Ən çox “şou və şok” hansı kanalın payına düşür, deyə, fikirə qərq olsaq, ən çox ATV gözümüz qarşısına gələr. ATV-nin efirini mənimsəmiş “Rəngarəng” və “Bizimləsən” proqramlarında dediyimiz hallar daha tez-tez baş verir.
Əslində “Şok və şou” hadisələrinin saxta və quraşdırma olduğu həmin an anlamaq olur. Bunu verlişi izləyən hər kəs başa düşür ki, verlişdə baş verən qəfləti “şok” , məsələn, “ürəkgetmə”(ATV”Bizimləsən”) uydurmadır.
Bunun uydurma olduğunu uzun müddət gizlətmək, gerçək kimi qələmə vermək də artıq mümkün deyil. Gec ya tez, o uydurma səhnəni quraşdıranların da, o səhnədə “oyunçu” olanların da uydurması üzə çıxır. Ya zəlzələdən, ya vəlvələdən.
Məsələn, belə “şok” səhnəcikdə “ yüksək performans göstərmiş “oyunçu”lardan biri - müğənni Təranə Qumral ATV kanalında yayımlanan "Rəngarəng"verilişinin “iç üzünü” ortaya tökdü. Müğənni bildirib ki, Zaur Nəbioğlunun "Rəngarəng" verilişində qızı Sevgimin nişan mərasiminin saxtaymış. Bildiyiniz, bu saxtakarlığı veriliş tərəfindən hazırlanıb. Sən demə, hələ Təranə Qumral verlişə gəlməmişdən əvvəl aparıcı kalağayı, xonça, gül dəstəsini alıb və müğənniyə deyib ki, burda teatr quracağıq.Guya Sevgimə nişan gətiriblər.
Müğənni sonra iddia edib ki, efirlərdə olan hadisələrin böyük əksəriyyəti saxtadır. Sevgim heç vaxt nişanlı olmayıb...Bundan sonra hamısının etdiklərini açıb,deyəcəm.Hamınızı biabır edəcəm",-deyə müğənni qəzəbini Zaur Nəbioğlunu ifşa etməklə bildirib.
Elə Əməkdar artist Abbas Bağırov da T. Qumralın açıqlamasını təsdiq edərək deyib ki, verilişlərdə baş verən bəzi hadisələr saxtadır. Tanınmışların verilişdən yarımçıq getməsini də qurma adlandıran Əməkdar artist tamaşaçını aldatmağın lazım olmadığını vurğulayıb.
P.S. Oğru oğrudur, cinayətkardır. Bu oğurluğu görən şəxs buna biganə qalırsa, susursa, o da elə oğru qədər cinayətkardır. İndi saxta səhnəciklərlə özünü gündəmdə saxlayan , tamaşaçıları saxtakarlıqla barmağına dolayan teleaparıcılara efir mütəxəssisləri, daha dəqiq, əlaqədar qurumlar susursa, heç bir tədbir görmürsə, demək ki, elə onlarla eyni səviyyədədir və o da tamaşaçıları barmağına dolayır.
Tamaşaçılar isə səhnələşdirilmiş “şok”, “şou” proqramlara baxarkən burdakı saxtakarlığı görür və yenidən o tip verlişlərə baxırsa, etiraz etmirsə, baykot etmirsə, onda tamaşaçıya da bu haqsızlıq elə “haqq” olur.
Əntiqə Rəşid
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.