Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
17 Mart 2026, 13:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1313
23.01.2026, 13:10
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias hələ ötən ilin sonunda parlamentin plenar iclasında çıxışı zamanı Türkiyəni ölkə təhlükəsizliyi baxımından birinci və əsas təhdid kimi qiymətləndirmişdi.
Oxu24.com xəbər verir ki, Dendias bu gün açıq şəkildə Türkiyəni ərazi suları vasitəsilə təhdid edib. O 30 ildən çoxdur ki, Egey dənizində gərginliyi davam etdirən Afina ittihamlarını yüksək tonda səsləndirməyə davam edib. Dendias sonuncu açıqlamasında Türkiyənin 1995-ci ildən bəri qüvvədə olan "Casus belli" (Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərti -red-Ə. Rəşid)qərarına toxunaraq bildirib ki, Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirmək hüququnu özündə saxlayır və bu məsələ Türkiyə ilə danışıqlara açıq deyil: "Biz "Casus belli"məsələsini müzakirə mövzusu hesab etmirik. Bu məsələ ilə bağlı danışıqlar apara bilmərik. Beynəlxalq hüquq bu hüququ tanıyır və bu, suverenlik məsələsidir. Ərazi sularımızı genişləndirmək bizim birtərəfli hüququmuzdur".
Ötən ilin sentyabrında da Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirdi ki, Yunanıstan, Ankaranın Afinaya qarşı "rəsmi müharibə elanını" geri götürmədiyi təqdirdə, Türkiyənin Avropa üçün Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramında iştirakını bloklayacaq. Casus belli məsələsi müzakirə mövzusu olduğu müddətcə, Türkiyənin Avropa müdafiəsi ilə bağlı SAFE proqramında iştirakını bloklamağa davam edəcəyik".
Türkiyə və Yunanıstan arasında 25 dekabr 1995-ci il yaranmış “Kardak” böhranından sonra iki qonşu arasında münasibətlər daha da gərginləşdi. Böhran Türkiyə gəmisinin Egey qayalıqları yaxınlığında quruya çıxması ilə başlayıb: “Figen Akat” adlı Türkiyə gəmisi Egey dənizinin Bodrum sahillərindən 3,8 mil məsafədə yerləşən Kardak qayalıqlarında saya oturur. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının onun ərazi sularında baş verdiyini iddia edir. Türkiyə isə bu adaların ona aid olduğunu bildirir. Bir müddət sonra Yunanıstan şərqdəki adaya hərbçilərini çıxararaq oraya bayraqlarını sancdırır. Bundan sonra hər iki ölkənin dəniz qüvvələri adanın ətrafında yerləşdirilir.
Həmçinin oxuyun
Həmin dövrdə Türkiyənin baş naziri olan Tansu Çillər “o bayraq oradan enəcək, o əsgər oradan gedəcək” deyərək Türkiyə Silahlı Qüvvələrinin savaşa hazır olduğunu bildirir və 30 yanvar 1996-cı il gecə adaya hərbçilər göndərir. Türkiyə donanması gecə saatlarında əməliyyata başlayır. Hərbçilər Şərqi Kardakı mühasirəyə almış Yunanıstan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya - Qərbi Kardaka Türkiyə bayrağını sancırlar. İki ölkə müharibə astanasına qədəm qoyur. Lakin o dövrkü ABŞ prezidenti Bill Klinton və NATO baş katibi Havyer Solananın cəhdləri nəticəsində gərginlik aradan qaldırılır. Bu hadisədən sonra isə Türkiyə "Casus belli" qanunu dövriyyəyə girir.
P.S. Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmlər doktoru, professor Anar İsgəndərli müsahibələrinin birində deyir: "müstəqillik əldə edəndən sonra da bu günə kimi də yunan üçün əsas düşmən türk millətidir. Heç olmasa ermənilər Türkiyənin müəyyən ərazisinə iddia edir. Yunanlar isə ümumiyyətlə, türkləri bu ərazinin sahibi hesab etmirlər”.
Əntiqə Rəşid
13:56 / 17 Mart 2026
1
13:49 / 17 Mart 2026
35
13:46 / 17 Mart 2026
50
13:32 / 17 Mart 2026
141
13:28 / 17 Mart 2026
39
13:25 / 17 Mart 2026
34
13:20 / 17 Mart 2026
152
13:13 / 17 Mart 2026
55
13:06 / 17 Mart 2026
39
12:59 / 17 Mart 2026
81
12:48 / 17 Mart 2026
562
12:43 / 17 Mart 2026
143
12:40 / 17 Mart 2026
152
12:28 / 17 Mart 2026
757
12:25 / 17 Mart 2026
52
12:22 / 17 Mart 2026
57
12:16 / 17 Mart 2026
62
12:06 / 17 Mart 2026
787
11:53 / 17 Mart 2026
62
11:51 / 17 Mart 2026
161
11:39 / 17 Mart 2026
649
11:31 / 17 Mart 2026
68
11:28 / 17 Mart 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.