5 nəfər qəzada yaralandı
14 Noyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2164
23.01.2026, 14:53
İçi mən qarışıq, çoxumuz Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyan Ermənistana təhvil verilməsinə xeyli qəzəbləndik.
Elə neçə gündür, buna bir alternativ axtarırdıq, sakitləşmək üçün daha maraqlı bir faktın açıqlanacağını gözləyirdik.
Bu gün nəhayət o maraqlı faktı ala bildik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib.
Məlumatı Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan açıqlayıb və hazırda bütün erməni mediası bu xəbərdən tirajlayır. İctimaiyyət isə xəbərin təsirindən əməllicə əsəbləşib və qəzəbini sosial şəbəkələr üzərindən yağdırmağa başlayıb.
Axı Qarabağda qalan 10 erməni ermənilərin “artsax” iddialarının puç olmasını reallaşdıran sonuncu ümiddir.
İndi artıq sözün həqiqi mənasında Qarabağın havasını korlayacaq erməni nəfəsi demək olar ki, cənnətimizdə qalmadı. Bunların çənəsi yerə dəyən qoca qarısından da teror əməli gözləniləndir. Yəqin xatırlayarsınız, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldı. Həmin vaxt K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərdi.
Amma hadisədən bir il əvvəl - 2024-cü il martın 22-də bu terrorçu Baku TV-yə müsahibə verərkən “sülh göyərçini” olduğunu bildirmişdi. Demişdi ki, özünü azərbaycanlı və bu torpaqlardan getmək istəmədiyini də vurğulamışdı:”16 yaşımda Azərbaycan vətəndaşı oldum. Mən Ermənistan vətəndaşı deyiləm. 30 il əvvəl banda bura gəldi. Çox insanlar qaçqın oldu. Mən Azərbaycan tarixini yaxşı bilirəm. Çünki azərbaycanlıyam”.
Yəni Qarabağda qalan 10 erməninin günlərin bir günü belə bir terror əməlinə baş vurmayacağı nə məlum? Beynəlxalq qanunlarla, biz Azərbaycan vətəndaşı olaraq, onun sosial, iqtisadi, hüquqi haqlarını qorumalı, onları pensiya ilə təmin etməli, vətəndaşlara verilən bütün sosial yardımlarla əhatə etməliydik.Bu da əlbəttə ki, həm vətəndaşlarımızda qıcıq yaradacaqdı, həm büdcəmizə .
İndi mənim kimi, Vaqif Xaçatryanın Ermənistana verilməsinə əsəbləşən soydaşlarıma demək istəyirəm ki, siz mənim kimi səbirsiz olmayın:Hər ziyanda mütləq bir xeyir var, mütləq bir qazanc var.
Əntiqə Rəşid
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.