Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
946
23.01.2026, 10:32
Bu gün bəşər övladının ən amansız günlərindən biri, tarixin ən dağıdıcı və ən dəhşətli zəlzələsinin ildönümüdür.
Oxu24.com xəbər verir ki, ‘‘ən çox insanın hәlak olduğu zәlzәlә’’ kimi qeydə alınan bu fəlakətdən 470 il keçir.
Beləki, 1556-cı ilin 23 yanvarında Çinin şimal-qәrbindә baş verən zəlzələdə yeraltı təkanın gücü 11 bala çatıb.
Həlak olanların sayına görə tarixdə məlum olan ən dəhşətli zəlzələ və ümumiyyətlə, ən irimiqyaslı təbii fəlakət olan bu zəlzələ 830 min nəfərin həyatına son qoyub.
‘‘Şensi zәlzәlәsi’’ adı ilə tanınan bu dəhşətli təbii fəlalkətdə Şensi əyalətinin bir sıra rayonlarında 1 nəfər də olsun sağ insan qalmayıb.
O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdırlar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb oldu.
Dünyanın ikinci ən ağır itkili olan zəlzələsi də 1976-cı ildə Çində qeydə alınıb. Çinin Tanşan şəhərində baş vermiş zəlzələdə yüz minlərlə insan (bəzi mənbələr 240.000-dən çox) ölmüşdü.
XXI əsrdə də miqyasına görə böyük və dəhşərli zəlzələlərə şahid olmuşuq amma bu günə qədər “Şensi zəlzələsi”nin bənzəri olmayıb.
Xatırladaq ki, son 50 ilin ən qorxunc və dünyanın 3-cü ən böyük zəlzələsi 2004-cü ildə Hind Okeanında baş verən zəlzələ hesab olunur.
Beləki, 2004-cü ilin dekabrında indiyə qədər qeydə alınan üçüncü ən güclü zəlzələ olan 9,3 bal gücündə zəlzələ İndoneziyanın qərb sahillərində baş verdi. Zəlzələ 30 metr hündürlüyündə sunamiyə səbəb olaraq, Hind okeanı sahillərində icmaları viran qoydu. Bu 14 ölkədə ümumilikdə 227.898 nəfər həlak oldu.
2005-ci ilin oktyabrında Pakistanın idarə etdiyi Kəşmir bölgəsində 86 min, 2008-ci ilin may ayında Çinin cənub-qərbindəki Siçuan əyalətində 80 min,
2010-cu ilin yanvarında Karib dənizindəki ada dövləti Haitidə 220 min, 2011-ci ilin mart ayında Yaponiyada 19.700 insan, nəfər insan həlak olmuşdu.
Əntiqə Rəşid
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.