Quba rayonundan kiçik olan 28 ölkə hansılardır? — SİYAHI
23 May 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1510
17.10.2025, 23:47
Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlarının səs dalğalarını titrlər vasitəsilə qəbul edərək danışılan sözləri müəyyən edə bildiyini aşkar ediblər. Bu yeni hücum üsuluna zarafatla "Mic-E-Mouse" adı verilib.
Oxu24.com xəbər verir ki, tədqiqatçılar cəmi 35 dollarlıq, 20 min DPI həssaslığa malik bir siçandan istifadə edərək xüsusi proqramla söhbətləri 61% dəqiqliklə "dinləməyi" bacarıblar.
Danışdıqda masada yaranan mikroskopik titrəmələr siçanın sensoru tərəfindən qeydə alınır. Bu titrəmələr proqram vasitəsilə təmizlənir. Daha sonra süni intellekt həmin titrəmələrdən söz və rəqəmləri təxmin edir.
Xüsusilə qısa sözlər və kredit kartı nömrələri kimi rəqəmlər yüksək dəqiqliklə tanınır - bu da böyük təhlükə yaradır.
Bu prosesin həyata keçməsi üçün əvvəlcə kompüterə zərərli proqram yüklənməlidir.
Mütəxəssislər bildirir ki:
Siçan sensor məlumatları antiviruslar tərəfindən zəif qorunur
Hətta sadə "open source" proqram belə bu məlumatları oğurlamaq üçün kifayət edir
Masanın materialı belə nəticəyə təsir edir
Sərt və hamar səthlərdə siçan daha dəqiq "dinləyir"
Mouse pad və ya parça örtük istifadə edildikdə təsir xeyli azalır
Səsli və ya titrək mühitdə sistemin dəqiqliyi düşür
Alimlər həmçinin qeyd ediblər ki, siçan addım səslərini və klaviatura tuş vuruşlarını da titrəmə ilə ayırd edə bilir.
Tədqiqat qrupu nəticələri 26 siçan istehsalçısına göndərib və təhlükəsizlik tədbirləri görülməsini tələb edib. Hazırda bəzi şirkətlər sensor məlumatlarının qorunması üçün təhlükəsizlik yeniləmələri hazırlayır.
Mütəxəssislərin tövsiyəsi:
Mouse pad istifadə edin
Şübhəli proqram quraşdırmayın
Mikrofon olmasa belə həssas məlumatları səslə ifadə etməyin
(milli.az)
11:21 / 25 May 2026
26
11:11 / 25 May 2026
29
11:02 / 25 May 2026
32
11:00 / 25 May 2026
31
10:57 / 25 May 2026
41
10:54 / 25 May 2026
142
10:51 / 25 May 2026
41
10:35 / 25 May 2026
64
10:22 / 25 May 2026
72
10:16 / 25 May 2026
74
10:15 / 25 May 2026
67
10:10 / 25 May 2026
60
09:46 / 25 May 2026
72
09:30 / 25 May 2026
257
09:18 / 25 May 2026
71
08:55 / 25 May 2026
336
08:45 / 25 May 2026
127
08:43 / 25 May 2026
80
08:25 / 25 May 2026
576
08:20 / 25 May 2026
80
00:05 / 25 May 2026
237
00:01 / 25 May 2026
396
00:01 / 25 May 2026
2899
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.