Qaynar xətt:

(+99450) 247 90 86

İndi hər otağa həmişə bir stəkan duz QOYUN - Sadə bir hiylə 

MARAQLI

1307

11.07.2025, 08:03

Bir çox insan evlərində və ya ictimai yerlərdə hava təravətləndiricilərinin süni və bəzən narahatedici qoxusundan şikayətlənir.

Oxu24.com  xəbər verir ki, bu vəziyyətlə bir tibb mərkəzində rastlaşan və xoşagəlməz "pşik" səsinə reaksiya verən bir qadın illər əvvəl sanatoriyadakı xoş təbii ətri xatırlayıb alternativ üsul axtarışına başlayıb.

Məlum olub ki, kurortlarda istifadə edilən sadə, lakin təsirli üsulun əsas sirri dəniz duzu imiş.

Xidmətçilər otaqlarda qaba duzla dolu kasalara bitki mənşəli dəmləmə əlavə edərək təbii və davamlı bir aroma yaradırmışlar. Duz təkcə qoxunu yaymaqla kifayətlənmir, həm də havadakı xoşagəlməz iyin udulmasına kömək edir.

Bu üsul təkcə sağlamlıq baxımından təhlükəsiz deyil, həm də evdə rahat və təbii bir atmosfer yaratmaq istəyənlər üçün əlverişli, sərfəli və kimyəvi maddələrdən uzaq alternativ sayılır. (News24.az)