"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
2070
01.05.2025, 19:17
Türkiyənin Batman vilayətində yaşayan 136 yaşlı Mehmet Reşit Ak tarixin canlı şahidi kimi tanınır.
Üç dəfə ailə həyatı quran, 28 övladı və 250-dən çox nəvəsi olan Ak, sevdiyi qızın qarğışı ilə uzun müddət yaşadığını bildirib. Mehmet baba “Bəzən ölmək istəyirəm” deyərək, “Hərdən xatırlayıram ki, həyat şirindir, yaşamaq istəyirəm” sözlərini əlavə edib.
Atatürkün komandanlığı ilə döyüşə qatılan Ak tarixin canlı şahidi kimi yadda qalıb. Sevdiyi qızın qarğışına görə bu qədər yaşadığını qeyd edən Ak, orqanik qidalar yeməyə də fikir verir.
Hacı Mehmet Reşit Ak uzun ömrünün sirrini hər yeməkdə qatıq yemək, çox çalışmaq, təmiz hava, təmiz su, orqanik və bitki mənşəli məhsullar yeməyə borclu olduğunu bildirib.
Atatürkü gördüyünü və Atatürklə birlikdə yunanlara qarşı döyüşə qatıldığını deyir Mehmet Reşit Ak.
" Atatürk bir dəfə bizi çağırdı və mağaralara sığınan yunanlarla birlikdə vuruşduq. Bizi mağara döyüşünə apardı. Biz oraya gedəndə yunanlar hamısını ələ keçirdik. Biz mağara ərazisini onlardan xilas etdikdən sonra geri qayıtdıq”.
Həyatında heç bir pis hadisə yaşamadığı üçün heç nədən peşman olmadığını bildirən Mehmet Reşit Ak, "Heç vaxt peşman olacağım pis bir şey etməmişəm. Bəzən ölmək istəyirəm. Dərhal ölsəm daha yaxşı olar deyirəm. Bəzən ağlıma gəlir ki, həyat şirindir, yaşamaq istəyirəm".
Mehmet Reşitin həyat yoldaşı 78 yaşlı Dilşen Ak, "Mehmet Reşit çox rahat insandır. Bizə heç vaxt pis rəftar etməyib. Adətən qatıq yeyir. Həftədə yarım çörək belə yemir" deyib.
Mehmet Reşit Akın 70 yaşlı oğlu Həmdi Ak atasının 3 dəfə evləndiyini bildirərək, "Mən Mehmet Reşitin oğluyam. Atamın 136 yaşı var. Atam 3 dəfə evlənib. 28 övladı, 250 nəvəsi var. Sırada üçüncü oğulam. 70 yaşım var. Mənim də nəvəm var" deyib.
Miri Məcidli
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.