Yuxuda çörək görmək
21 Sentyabr 2025, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86MARAQLI
857
14.04.2025, 13:05
Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşkənd rayonunda kənddir. 1988-ci ildə kəndin sakinləri ermənilər tərəfindən deportasiya olunub və kənd hal-hazırda işğaldadır. Kəndin füsunkar təbiətindən bəhs edəcəyəm.
Kəndin florası çox zəngindir. Dağlarda yolotu, gicitkan, çiriş, əvəlik, ələyiz, cacıq, qazayağı, çıldırım, şıppırt, quzuqulağı, baldırğan, yelmik, çaşır, kortum, kəklikotu, çöl soğanı, çöl vəzərisi, yarpız, qokkiliy, ağ və qalın göbələk bol idi. Gicitkan, çiriş və yolotundan həm ləziz kətə hazırlanardı, həm də qovrulub yeyilirdi. Əvəlik və ələyiz pencərini qurudub hörərək qışa saxlayardılar ki, omac aşı, çəkmə aşı, əriştə kimi dadlı xörəklər hazırlasınlar. Şıppırtı da qurudub qışa saxlayardılar. Əvəlik qaynadılıb yumurtayla da qovrulurdu. Çıldırımın kökü yeyilirdi. Baldırğandan turşu qoyulurdu və çiçəyindən dovğa da bişirilirdi. Quzuqulağı və yelmik duzla yeyiləndə dadlı olurdu. Kortum yetişəndə özəyini soyub yeyərdilər. Qokkiliy turpa bənzəyirdi, başını soyub yeyirdilər. Ətirli kəklikotundan çay dəmlənirdi. Yarpız suyun qırağında və quru yerdə olurdu, quru yerdə yetişən yarpız daha keyfiyyətli olurdu və yığıb dovğasını hazırlayırdılar.
İtburnu, zirinc, əppəyli, qaraca, dağdağan, quş alması, çöl armudu da bol idi. İtburnu atamgilin evinin üst tərəfində yetişirdi, şirəsi hazırlanır və çayı da dəmlənirdi. Çöl armudunu otun arasında saxlayıb qışda yeyirdilər. Yazda zirincin yarpağı yeyilirdi. Qaraca əvvəl qızarırdı, qaralana doğru yeyilirdi. Yazda dağlarda lalə, bənövşə, nərgiz göz oxşayırdı. Qızıl ala balıq çaylarda çox olurdu, başqa yerlərdən də gətirib çaya buraxırdılar ki, bol olsun. Evlərdə inək, qoyun, keçi və s. saxlayırdılar. Meşələrdə ayı, çöl qabanı, dağ keçisi, sığırçın, çil, bildirçin, şanapipik, ağacdələn çox idi.
Ayısəsinin dağının, çayının, bulağının da gözəlliyi və özəlliyi var. Ağ bulağa Südlü bulaq da deyilirdi. Suyu süd kimi idi. Dik yoldan Dinməz suya gedirdin, Şiş qayada oradadır. Dinməz suda Turş su da var, qazlı olduğu üçün içmək olmurdu. Dinməz suda süfrə açıb yemək də yeyərdilər. Dinməz suya gedəndə görürdün ki, daşlarda qazanın arxasının, atın nalının izi var, buraya bayda dalı deyilirdi. Ayıölənə dağdan suların gətirdiyi daşları daban daşı kimi də işlətmək olurdu.
Ayısəsi deyəndə Tələ meşəsi, Qalon yurdu, Təzəyli, Kürdün yurdu, Dərə yer, Taxtalar, Uzunlar, Baş yol, Orta yol, Ayaq yol, Pənahın yurdu, Ayı ölən, Ortaqlı, Demin düzü, Demin bulağı, Bağın armudları, Sənəmin armudu, Taharın armudu, Qabaq Kəfşən də yada düşür. Deyilənə görə, vaxtıykən kəndin girəcəyi- baş yoldan gələndə Gavın qəyəsində Torpaq yeyənin səngəri var idi, o buradan kəndi qoruyardı. Bu ona işarədir ki, kəndin tarixi qədim, təbiəti də zəngindir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Azadoğlu
Həmçinin oxuyun
23:56 / 22 Sentyabr 2025
404
23:25 / 22 Sentyabr 2025
1681
23:08 / 22 Sentyabr 2025
535
22:53 / 22 Sentyabr 2025
270
22:33 / 22 Sentyabr 2025
474
22:28 / 22 Sentyabr 2025
99
22:15 / 22 Sentyabr 2025
120
22:10 / 22 Sentyabr 2025
96
22:00 / 22 Sentyabr 2025
110
21:44 / 22 Sentyabr 2025
131
21:37 / 22 Sentyabr 2025
622
21:33 / 22 Sentyabr 2025
106
21:12 / 22 Sentyabr 2025
86
21:02 / 22 Sentyabr 2025
462
20:56 / 22 Sentyabr 2025
134
20:48 / 22 Sentyabr 2025
152
20:46 / 22 Sentyabr 2025
102
20:38 / 22 Sentyabr 2025
91
20:26 / 22 Sentyabr 2025
124
20:23 / 22 Sentyabr 2025
169
20:05 / 22 Sentyabr 2025
468
20:02 / 22 Sentyabr 2025
116
19:43 / 22 Sentyabr 2025
116
19:41 / 22 Sentyabr 2025
382
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.