Qaynar xətt:

(+99450) 247 90 86

Bir ailənin kül olduğu evdən FOTOLAR VƏ TƏFƏRRÜAT

2019-01/1547016806_1547015474_p7.jpg

KRİMİNAL

987

09.01.2019, 10:53

\"\"  Xəbər verdiyimiz kimi, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
Oxu24.com -un  məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olub. Qonşular bildirib ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov \"Hacı\" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb\". Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub. Qafqazinfoya istinadən partlayışın baş verdiyi evdən fotoları təqdim edirik: \"\" \"\"