Bu çörəklər bahalaşdı - Siyahı
24 Fevral 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
710
17.12.2025, 16:51
Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyası yekunlaşıb.
1 oktyabr-15 noyabr tarixlərini əhatə edən lotereyada Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən müştərilər iştirak şansı qazanıblar. Lotereyanın unikallığı ondan ibarət idi ki, burada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirdilər.
Ötən gün Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımla lotereyanın final mərhələsi keçirilib və qaliblər bəlli olub. 240 358 müştərinin qeydiyyatdan keçdiyi lotereyanın final tirajında seçim təsadüfi üsulla aparılıb. Nəticədə 400 nəfər 20 bonus, 300 nəfər 50 bonus, 200 nəfər 100 bonus, 100 nəfər isə 200 bonus qazanıb. Lotereyanın superprizi Toyota Corolla avtomobilinə isə 1 nəfər sahib olub.
Qaliblərin siyahısı: https://www.b-b.az/lwt1
Həmçinin oxuyun
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem Birbank, Birmarket, m10 və MilliÖn kimi ölkənin aparıcı brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
15:18 / 25 Fevral 2026
22
15:01 / 25 Fevral 2026
161
14:33 / 25 Fevral 2026
296
14:08 / 25 Fevral 2026
160
14:06 / 25 Fevral 2026
166
13:54 / 25 Fevral 2026
54
13:31 / 25 Fevral 2026
158
13:27 / 25 Fevral 2026
53
12:47 / 25 Fevral 2026
742
12:43 / 25 Fevral 2026
173
12:35 / 25 Fevral 2026
72
12:24 / 25 Fevral 2026
75
12:13 / 25 Fevral 2026
56
11:54 / 25 Fevral 2026
153
11:26 / 25 Fevral 2026
946
11:25 / 25 Fevral 2026
86
11:19 / 25 Fevral 2026
66
11:10 / 25 Fevral 2026
71
10:49 / 25 Fevral 2026
100
10:25 / 25 Fevral 2026
92
10:24 / 25 Fevral 2026
374
10:17 / 25 Fevral 2026
76
10:11 / 25 Fevral 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.