Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
665
17.12.2025, 21:30
Qarlı və şaxtalı hava şəraiti qış imtahanları dövründə tələbələrin universitetlərə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu isə imtahanların onlayn keçirilməsi və ya təxirə salınması məsələsini gündəmə gətirir. Maraqlıdır, qış imtahanları onlayn formada və yaxud ləğv oluna bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, fövqəladə halların baş verdiyi dövrlərdə imtahanların keçirilmə forması və vaxtı dəyişdirilə bilər:
“Ümumiyyətlə, fövqəladə hallar zamanı Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin xüsusi razılığı əsasında imtahanların yeri və vaxtı dəyişilə bilər. Əgər ciddi və təhlükəli vəziyyət yaranarsa, bunun üçün uyğun variant seçilir.”
Ekspertin sözlərinə görə, bu praktika yalnız Azərbaycana xas deyil və digər ölkələrdə də oxşar hallarda tətbiq olunur:
“Məsələ ölkəmiz üçün spesifik deyil. Bütün hallarda ciddi, həlli mümkün olmayan vəziyyət yaranarsa, icra orqanlarının qərarına əsasən imtahanın vaxtı və forması dəyişdirilə bilər.”
Qeyd edək ki, hazırkı mərhələdə qış imtahanlarının onlayn keçirilməsi və ya ləğvi ilə bağlı rəsmi qərar yoxdur. Bu kimi qərarlar yalnız hava şəraitinin kəskinləşməsi və təhlükəsizlik risklərinin artması fonunda qəbul edilir.(Konkret.az)
19:32 / 17 May 2026
77
19:27 / 17 May 2026
94
19:12 / 17 May 2026
1074
19:02 / 17 May 2026
74
19:00 / 17 May 2026
65
18:43 / 17 May 2026
236
18:41 / 17 May 2026
73
18:39 / 17 May 2026
73
18:37 / 17 May 2026
72
18:35 / 17 May 2026
77
17:32 / 17 May 2026
179
17:28 / 17 May 2026
79
17:27 / 17 May 2026
82
17:25 / 17 May 2026
88
17:16 / 17 May 2026
476
17:14 / 17 May 2026
77
17:11 / 17 May 2026
84
17:08 / 17 May 2026
76
17:07 / 17 May 2026
76
17:05 / 17 May 2026
89
15:14 / 17 May 2026
83
15:00 / 17 May 2026
85
14:45 / 17 May 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.