Tamam Cəfərova: Prezidentin Dublin görüşləri Azərbaycanın fəal diplomatik mövqeyinin göstəricisidir
15 Noyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1882
17.12.2025, 17:06
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025–2030-cu illəri əhatə edən dövrdə Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet hesab olunan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur.
Tədbirlər Planına uyğun olaraq, bu proqramların tətbiq ediləcəyi ali təhsil müəssisələrində:
təhsil proqramları xarici universitetlərin təcrübəsi əsasında hazırlanacaq,
tədris prosesi beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunacaq,
elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə məqalələrinin dərcinin təşviqi həyata keçiriləcək.
Eyni zamanda, ikili diplom proqramları çərçivəsində fəaliyyət göstərən yerli və əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyəti monitorinq ediləcək, tədris prosesinin nəticələri qiymətləndiriləcək.
Sərəncamda dövlət vəsaiti və ya şəxsi vəsait hesabına bu proqramlar üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların maliyyələşdirilməsi və dayanıqlılığına dair mexanizmlərin hazırlanması, eləcə də maliyyə vəsaitlərinin xərclənməsinə nəzarətin həyata keçirilməsi də nəzərdə tutulur.
Tədbirlər Planının icrasında Elm və Təhsil Nazirliyi, Nazirlər Kabineti, Dövlət Neft Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti və tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları iştirak edəcək.
13:27 / 15 Noyabr 2026
13
12:55 / 15 Noyabr 2026
577
12:36 / 15 Noyabr 2026
212
12:28 / 15 Noyabr 2026
95
12:11 / 15 Noyabr 2026
99
11:52 / 15 Noyabr 2026
147
11:43 / 15 Noyabr 2026
92
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
609
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.