Uşaq niyə dərs oxumaq İSTƏMİR? - SƏBƏBİ BU İMİŞ...
03 Mart 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
763
17.12.2025, 22:36
Oxu24.com oxuculara tarixi şəxsiyyətlər barədə məlumatları təqdim etməkdə davam edir.
Maştağalı Axund Mir Hüseynin oğlu Bağır Axundov 1897-ci ildə Maştağada anadan olub.
9 yaşında olarkən atası onu Bakı şəhərindəki "İttihad" məktəbinə aparıb.
Lakin o, burada ailə vəziyyətinə görə oxuya bilməyib, elə həmin il kəndə gətirilir və özünün yazdığına görə, Maştağada yerləşən Nikolayev məktəbinə dərsə gedir.
1918-ci ilin məlum mart hadisələri zamanı Maştağaya qohumlarının yanına qayıdır.Elə həmin il Maştağada kəndli deputatları sovetinin katibi seçilir.Türk ordusunun Maştağaya gəlməsi ilə əlaqədar həmin katiblik ləğv olunur.
Həmçinin oxuyun
Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ictimaiyyətin və atasının təkidi ilə yeni yaradıla kənd idarəsində katib kimi fəaliyyətə başlayır.
Bagır Axundov "Molla Nəsrəddin"jurnalının daimi abunəçisi olub. Bu jurnalda "Bax" "Əyri çalma", "Sancan", "Bağır" imzaları ilə yazıb.
1919-cu ilin mart ayında "Azərbaycan füqərası" qəzetində Maştağa pristavının yaramaz hərəkətlərini tənqid edən məqaləyə görə kənd idarəsinin katibliyindən uzaqlaşdırılıb.Lakin o, səmərəli fəaliyyətinə görə məktəbin müdiri vəzifəsində qalıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra qısa Bağır Axundov pedaqoji kurs bitirir, 40 saylı məktəbdə işləyir.Həm də rusdilli məktəblərdə dərs deyir.
Respublikanın Xalq artisti Kazım Ziya onun haqqında belə demişdi:"Ah,nə olaydı siz, heç olmasa bir dəfə, onu Şeyx Nəsrullah qiyafəsində səhnədə görəydiniz.Bu zaman siz hər şeyi unudardınız".
İlk Azərbaycan məktəblərinin təşkilində, savadsızlığın ləğv olunmasında, fəhlə və qulluqçuların axşam məktəblərinə cəlb olunmasında böyük fəallıq göstərib.
"Lenin ordeni" və başqa orden və medallarla təltif edilib.1943-cü ildə ona "Respublikanın əməkdar müəllimi" fəxri adı verilib.
1974-cü ildə vəfat edib. Dəfn mərasimi zamanı qızı Tamilla xanım görüb ki, çox isti havada cəmi bir nəfər pencək geyinib. Həmin adam professor Hadi Əliyev idi.
Məlum olur ki, o, xəstədir, yatağından qalxıb gəlib. Ona deyəndə ki, bu vəziyyətdə niyə gəlmisiniz? Hadi müəllim cavab verdi:"Qızım, sən heç bilirsən, biz kimi dəfn edirik? Yox, bilmirsən, çünki, Bağır müəllim sənin üçün ata idi, mən isə insanlığın etalonu ilə vidalaşmağa gəlmişəm"...
Hazırladı: Tarixçi Namiq Həsənov
00:18 / 04 Mart 2026
49
23:58 / 03 Mart 2026
42
23:45 / 03 Mart 2026
57
23:41 / 03 Mart 2026
59
23:32 / 03 Mart 2026
42
23:30 / 03 Mart 2026
43
23:27 / 03 Mart 2026
65
23:18 / 03 Mart 2026
314
23:14 / 03 Mart 2026
106
23:09 / 03 Mart 2026
114
22:56 / 03 Mart 2026
597
22:50 / 03 Mart 2026
55
22:50 / 03 Mart 2026
72
22:47 / 03 Mart 2026
66
22:39 / 03 Mart 2026
63
22:32 / 03 Mart 2026
609
22:30 / 03 Mart 2026
69
22:29 / 03 Mart 2026
160
22:19 / 03 Mart 2026
144
22:05 / 03 Mart 2026
166
21:59 / 03 Mart 2026
107
21:46 / 03 Mart 2026
67
21:45 / 03 Mart 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.