Qaynar xətt:

(+99450) 247 90 86

Bakı qazı ana və 7 uşağını zəhərlədi

2019-01/1546707185_ambul.jpg

KRİMİNAL

699

05.01.2019, 20:52

\"\" Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib. P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. \"Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub\",- P.Abubəkirov söyləyib.