Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
778
15.12.2025, 23:55
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulub. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyonçusu Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulub, Binəqədidə fəhlələr arasında inqilabi iş aparıb. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulub. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK-in tərkibinə daxil edilib. 1922–1926-cı illərdə Respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olub.
1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–1929-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–1934-cü illərdə "Azneft" Birliyi rəisinin müavini işləyib.1933-cü ildə ABŞ-yə işgüzar səfər edib(ABŞ SSRİ-ni tanıdığı ildə).1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin, Xalq Yerli Sənaye komissarı vəzifəsində çalışıb. 1934-cü ildə Zaqafqaziya partiya təşkilatlarının VII qurultayında ÜİK(b) Zaqafqaziya Ölkə Komitəsinə, 1935-ci ildə isə Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib.
17 iyul 1937-ci ildə "Trotski-Zinovyevçi əksinqilabi təşkilatın fəaliyyətində iştirak" etməyə görə həbs edilib, 766 nömrəli əmrlə I kateqoriya ilə güllələnməyə məhkum olunub. 3 oktyabr 1937-ci ildə edam edilib. 24 dekabr 1956-cı ildə bəraət verilib.
Hüseynbala Ağaverdiyev Xədicəxanım Xudaverdi qızı (1902-13 fevral 1944) ilə evli olub. SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən o, "vətən xaini"nin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılıb və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib. Xədicəxanım Ağaverdiyeva 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət alıb...
Hazırladı: Namiq Həsənov
14:34 / 15 Noyabr 2026
28
14:25 / 15 Noyabr 2026
53
14:19 / 15 Noyabr 2026
51
14:02 / 15 Noyabr 2026
197
13:27 / 15 Noyabr 2026
188
12:55 / 15 Noyabr 2026
1093
12:36 / 15 Noyabr 2026
300
12:28 / 15 Noyabr 2026
127
12:11 / 15 Noyabr 2026
122
11:52 / 15 Noyabr 2026
178
11:43 / 15 Noyabr 2026
116
11:29 / 15 Noyabr 2026
129
11:20 / 15 Noyabr 2026
118
11:20 / 15 Noyabr 2026
127
11:10 / 15 Noyabr 2026
119
11:07 / 15 Noyabr 2026
720
10:50 / 15 Noyabr 2026
127
10:25 / 15 Noyabr 2026
281
10:21 / 15 Noyabr 2026
123
10:18 / 15 Noyabr 2026
120
10:12 / 15 Noyabr 2026
146
09:35 / 15 Noyabr 2026
533
07:35 / 15 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.