Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda film kimi olay: Ana həbsdə olan oğluna heroin keçirmək üçün görün nə etdi +FOTO

2019-01/1546501067_0dfa7e8c-e72f-460a-b0d1-72c4663e6028.jpg

KRİMİNAL

885

03.01.2019, 11:36

\"\" Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Oxu24.com-a  verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Qurbanov Ramil Elyas oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Qurbanova Havayət Hacıdədə qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman başmağın daban hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,390 qram “Heroin” aşkar edilib. Faktla bağlı araşdırma aparılır.