Qaynar xətt:

(+99450) 247 90 86

Balakəndə bir uşaq anasının meyiti tapıldı

2019-01/1546456002_dem-qazi.jpg

KRİMİNAL

853

02.01.2019, 23:05

\"\" Balakəndə evdən qadın meyiti tapılıb.
Oxu24.com-un məlumatına görə, hadisə rayonun Tülü kəndində baş verib. Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda aşkarlanıb. İlkin ehtimallara görə, 36 yaşlı qadın dəm qazından boğulub. Qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib. Qadının bir övladı var. Faktla bağlı araşdırma davam etdirilir.