DİN açıqlama yaydı: İki nəfər...
03 Fevral 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
690
30.01.2020, 14:13
Qubada qohumunun onlara gəlməsindən istifadə edib evindən oğurluq edənlər saxlanılıb
DİN mətbuat xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayon sakini Xantəmir Səfixanov ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - zərərçəkənin qohumu Ramin Teymurxanov, eləcə də dostları Məhəmməd Məmmədov və Turqay Orucov saxlanılıb.
Saxlanılan zaman oğurlanan müxtəlif növ içkilər, planşet, mobil telefon və aksesuarları, eləcə də dülgər alətləri və digər əşyalar maddi sübut kimi götürülüb: “Həmin gün atamın əmisi bizə qonaq gəlmişdi, evlərində heç kim yox idi. Cibindən açarı götürmüşəm. Həmin gün dostum Turqay da bizdə idi. Açarı götürüb Turqayla getmişəm evə. Turqaya demişəm ki, bayırda gözlə evə girib çıxıram. Evə girib gördüklərimi oğurlamışam.
Çıxanda Turqaya dedim ki, bunların hamısı oğurluqdur. Ordan çıxıb getdik çayçıya. Ondan sonra şübhələndim ki, polis bizi axtarır. Məhəmmədə zəng vurub çağırdıq, üstümüzdəkiləri ona verdim qaçdıq. Ondan sonra da polis bizi tutdu”.
Turqay Orucov törətdiyi cinayəti etiraf edib: “Ramingilə qonaqlığa getmişdik. Ramingildən qayıdanda dedi əmimgilə girib-çıxıram. Mən qapıda gözlədim, çıxanda əlində karopka ilə gəldi. Soruşdum dedi ki, belə-belə. Sonra oradan uzaqlaşıb çayçıya getdik. Sonra malları Məhəmmədə verdik, ardınca polislər bizi tutdu”.
Həmçinin oxuyun
Məhəmməd Məmmədov isə oğurluqda iştirak etmədiyini söyləyib: “Dostum zəng elədi ki, gəl çayçıda görüşək. Mən də getdim. Gedəndə gördüm əllərində iki ədəd paket var. Onların arasında mənə çıxarıb bir planşet və iki ədəd telefon verdilər. Sonra da qaçıb getdilər. Mən sonradan bildim ki, bunlar oğurluqdur. Oğurluq olduğunu bilən kimi atdım. Bir saat sonra gəlib məni apardılar. Atdığım yeri də dedim gedib götürdülər”.
Faktla bağlı cinayət işi başlanılıb.
14:38 / 03 Fevral 2026
15
14:27 / 03 Fevral 2026
28
14:25 / 03 Fevral 2026
25
14:14 / 03 Fevral 2026
680
14:06 / 03 Fevral 2026
41
13:49 / 03 Fevral 2026
36
13:48 / 03 Fevral 2026
46
13:08 / 03 Fevral 2026
1395
13:01 / 03 Fevral 2026
62
12:48 / 03 Fevral 2026
53
12:44 / 03 Fevral 2026
57
12:37 / 03 Fevral 2026
52
12:32 / 03 Fevral 2026
388
12:27 / 03 Fevral 2026
96
12:17 / 03 Fevral 2026
497
12:13 / 03 Fevral 2026
331
12:02 / 03 Fevral 2026
107
11:58 / 03 Fevral 2026
89
11:56 / 03 Fevral 2026
59
11:50 / 03 Fevral 2026
265
11:48 / 03 Fevral 2026
63
11:36 / 03 Fevral 2026
480
11:33 / 03 Fevral 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.